AZ

Los Ancelesdə iğtişaşlarla mübarizə üçün komendant saatı tətbiq edilir

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Los-Anceles (Kaliforniya) meri Karen Bass davam edən etirazlar və iğtişaşlar səbəbindən şəhərin mərkəzində komendant saatı elan edib.

Bizimyol.info xəbər verir ki, onun çıxışı "Fox News" tərəfindən yayımlanıb.

"Vandalizmi və talançılığı dayandırmaq üçün Los-Ancelesin mərkəzində komendant saatı tətbiq edirəm. Əgər Los-Ancelesin mərkəzində yaşamır və ya işləmirsinizsə, lütfən, ərazidən uzaq durun. Hüquq-mühafizə orqanları komendant saatını pozanları həbs edəcək", - deyə o, mətbuat konfransında bildirib.

Mer qeyd edib ki, məhdudiyyətlər çərşənbə axşamı yerli vaxtla saat 20:00-da (07:00) qüvvəyə minəcək və çərşənbə günü səhər saat 06:00-a (17:00) qədər davam edəcək. "Biz bir neçə gün ərzində axşam saat 8-dən səhər 7-yə qədər komendant saatı tətbiq etməyi planlaşdırırıq", - deyə Bass bildirib.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

İyunun 6-da Los-Ancelesdə qeyri-qanuni mühacirlərin kütləvi saxlanması başlayıb. İyunun 7-də axşam saatlarında 44 nəfərin immiqrasiya qanunlarını pozmaqda ittiham olunaraq həbs edildiyi bildirilib.

Hüquq-mühafizə orqanlarının hərəkətlərinə cavab olaraq şəhərdə iğtişaşlara çevrilən nümayişlər başlayıb. Etirazçılar yolu bağlayıb, ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin əməkdaşlarına daş və fişənglər atıblar.

Prezident Donald Tramp Kaliforniya qubernatoru Gavin Nyusoma məhəl qoymadan, iğtişaşları yatırmaq üçün Milli Qvardiyanın Los-Ancelesə göndərilməsini əmr edib.

Nyusom prezidenti və Pentaqonun rəhbəri Pit Heqseti məhkəməyə verib, bu qərarın qanunsuz kimi tanınmasını tələb edib. Qubernator həmçinin məhkəmədə təxminən 700 dəniz piyadasının Los-Ancelesə göndərilməsinə etiraz edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
77
8
bizimyol.info

10Mənbələr