AZ

UNEC və Çin universitetləri arasında strateji əməkdaşlıq: Pekində mühüm razılaşmalar əldə olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoruprofessor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin ÇinXalq Respublikasına işgüzar səfəri çərçivəsində, Pekin şəhərində bir sıra nüfuzluuniversitet və elmi-tədqiqat institutlarında görüşlər keçirilib,qarşılıqlı əməkdaşlıqla bağlı mühüm razılaşmalar əldə olunub vəsənədlər imzalanıb.

Pekinə səfər çərçivəsində UNEC nümayəndə heyəti ilk olaraqİnkişaf Maliyyəsinin Təşviqi üzrə Çin Assosiasiyasında (CAPDF)olub. Vitse-prezident və Baş Katib xanım Guo Mingshenin rəhbərliyiilə keçirilən görüşdə rektor Ədalət Muradov UNEC-də “İnkişafİqtisadiyyatı”nın fəaliyyət göstərdiyini, eləcə də UNEC-in ACCA,CFA-dən və maliyyə ixtisasının FİBAA akkreditasiyasından keçdiyinibildirib. O, UNEC və CAPDF arasında birgə tədqiqat mərkəzinin vəİnkişaf Maliyyəsi Laboratoriyasının yaradılması təşəbbüsünü irəlisürüb. Görüşdə CAPDF prezidenti, Çin İnkişaf Bankının sabiq rəhbəriChen Yuan-ın müəllifi olduğu “Dövlət və Bazarın Uzlaşdırılması: ÇinYanaşması” kitabının Azərbaycan dilinə tərcüməsinə dair razılıqəldə olunub. Xanım Guo Mingshe UNEC-in CAPDF ilə əməkdaşlıq edənilk xarici universitet olduğunu xüsusi vurğulayıb.

UNEC nümayəndə heyəti daha sonra Çinin iqtisadiyyat və maliyyəsahəsində aparıcı ali təhsil müəssisəsi olan Mərkəzi Maliyyə vəİqtisadiyyat Universitetində (CUFE) universitetin prezidenti MaHaitao ilə görüşüb. Tərəflər arasında ikili diplom proqramları,ortaq EMBA və rəqəmsal iqtisadiyyat proqramı, rəqəmsal və yaşıliqtisadiyyat sahəsində tədqiqatlar, “Bir Kəmər, Bir Yol” təşəbbüsüüzrə Think Tank və beynəlxalq kitab tərcümələri ilə bağlı razılıqəldə olunub. Görüş çərçivəsində UNEC və CUFE arasında əməkdaşlıqhaqqında memorandum imzalanıb.

Səfərin növbəti günündə UNEC nümayəndə heyəti Azərbaycan diliilə yanaşı, 101 xarici dilin tədris olunduğu Çin Xarici DillərUniversitetində olub. Universitetin prezidenti Jia Wenjian iləgörüşdə ingilis dili tədrisinin metodologiyasının paylaşılması,iqtisadçı müəllimlərə ingilis dilinin bu universitetin tətbiqetdiyi metodologiya əsasında öyrədilməsi, MBA üzrə ikili diplomproqramı, müəllim-tələbə mübadiləsi ilə bağlı məsələlər müzakirəolunub. UNEC nümayəndələri həmin universitetdə Azərbaycan diliniöyrənən çinli tələbələrlə də görüşüblər.

UNEC rektoru professor Ədalət Muradov həmçinin Çin RenminUniversitetinin tanınmış alimi professor Wang Yiwei ilə görüşüb.Görüşdə UNEC-də professor Yiveinin elmi redaktorluğu ilə “BirKəmər, Bir Yol” adlı beynəlxalq elmi jurnalın təsis edilməsinə dairrazılıq əldə olunub.

Beynəlxalq Biznes və İqtisadiyyat Universitetində (UIBE)prezident cənab Zhao Zhongxiu ilə keçirilən görüşdə UNEC-də birgə“Ticarət və İqtisadiyyat” İnstitutunun, “Rəqəmsal İqtisadiyyat”laboratoriyasının, Azərbaycan-Çin İqtisadi Əlaqələrinin TədqiqiMərkəzinin yaradılmasına, eləcə də tələbə-müəllim mübadiləsina dairrazılıq əldə olunub. Həmçinin UİBE-də fəaliyyət göstərən "ÜTTİnstitutu" nümunəsində UNEC-də həmin institutunun yaradılmasınaqərar verilib.

Səfər çərçivəsində sonuncu görüşü isə THE reytinqində Çindəlider olan Tsinghua Universitetində olub. UniversitetinVitse-prezidenti professor Yang Bin ilə görüşdə UNEC-də MBA üzrəikili diplom proqramı, ortaq EMBA, qısamüddətli modul proqramları,biznes, mühəndislik, strateji innovasiyalar üzrə forumlarıntəşkili, birgə tədqiqat mərkəzlərinin yaradılmasına dair razılığagəlinib.

Səfər zamanı UNEC nümayəndə heyəti Tsinghua Universitetinəzdində fəaliyyət göstərən dünyada məşhur Schwarzman kolleci ilədə tanış olub.

UNEC
UNEC
UNEC
UNEC
UNEC
UNEC
UNEC
UNEC
UNEC
Seçilən
37
19
az.trend.az

10Mənbələr