Fransa prezidenti Emmanuel Makron 15 yaşından kiçik uşaqların sosial media platformalarına girişinin tamamilə qadağan edilməsi lazım olduğunu ifadə edərək, bu mövzuda Avropa Birliyi (AB) daxilində ortaq bir tənzimləmə edilməsini istədiklərini, lakin lazım gələrsə, Fransanın təkbaşına hərəkətə keçəcəyini vurğulayıb.
Operativ Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Makron qeyd edib: "Əgər bu (AB-də) edilməsə, biz bunu Fransada etməyə başlayacağıq. Gözləyə bilmərik" .
Emmanuel Makronun açıqlamaları Fransada orta məktəb şagirdinin məktəb işçisini bıçaqlayaraq öldürməsi hadisəsindən sonra gəlib.