AZ

Gecə saatlarında zəncirvari qəza törədən sərxoş sürücü SAXLANILDI - FOTO

Paytaxtın Yasamal rayonu, M.Əliyev küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza iyunun 10-da saat 02:00 radələrində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü şəxs idarə etdiyi “Saipa” avtomobillə yol kənarında dayanan “Hyundai” markalı maşına və 99-H-428 dövlət nömrə nişanlı motosikletə çırpılıb. Qəzaya səbəb sözügedən sürücünün  yolda təhlükəli manevrlər etməsi olub. Hadisə zamanı “Saipa” markalı avtomobildə olan 1 nəfər yüngül xəsarət alıb. Eyni zamanda hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Qəzanı törədən sürücü saxlanılıb və onun sərxoş vəziyyətdə sükan arxasına keçdiyi müəyyən olunub. 

Faktla bağlı araşdırma aparılır.

Nərmin

FOTO QALEREYA
Seçilən
142
36
avtosfer.az

10Mənbələr