AZ

Səkinin önünü kəsib piyadaları çətin vəziyyətdə qoyan sürücü - 99-XL-448- FOTO

Paytaxtın Yasamal rayonu, Bəsti Bağırova küçəsində qayda pozan sürücü görüntülənib. 

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına fotoşəkillət göndərib. Hadisə iyunun 17-si saat 19:15 radələrində qeydə alınıb. Belə ki, 99-XL-448 dövlət nömrə nişanlı “VAZ” markalı avtomobilin sürücüsü dayanma-durma qaydasını pozub. Nəticədə ərazidən keçən piyadalar çətinlik yaşayıblar. Şikayətçinin sözlərinə görə, sürücü maşının bir hissəsini səkiyə dırmaşdırıb park edərək ərazidən uzaqlaşıb. O, eyni zamanda sürücülərin mütəmadi olaraq həmin yerdə saxladıqlarını əlavə edib.

Qeyd edək ki, sözügedən küçədə avtomobillər park edilməsi üçün parklanma yerləri mövcuddur.

Fidan

Seçilən
0
1
avtosfer.az

10Mənbələr