Təlimdə vəkilin intizam məsuliyyətinin anlayışı, hüquq etikasına baxış, etik standartların önəmi, intizam tədbirləri mexanizmi, vəkillərin müştərilərlə peşəkar davranışlarının iş üçün əhəmiyyəti, hüquq təcrübəsində mədəni fərqliliklər və müvafiq olaraq digər məsələlər ətrafında geniş müzakirələr aparılıb və təqdimatlar edilib.
İyunun 5-də "Qanunun aliliyi və inkluziv cəmiyyət prinsiplərinin təbliği" mövzusunda distant qaydada keçirilmiş təlimdə isə Vəkillər Kollegiyasının və Vəkillərin İntizam Komissiyasının üzvü, Vəkillər Kollegiyası Deontologiya Komitəsinin sədri Paşa Səfərov təlimçi qismində çıxış edib.
Təlimdə qanunun aliliyi, hüququn aliliyinin prinsipləri, hüquqi dövlətin xüsusiyyətləri və əsas prinsipləri, inkluziv cəmiyyət, inkluziv cəmiyyətdə vəkilliyin əhəmiyyətli rolu və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31