AZ

Azərbaycanın qeyri-neft ixracı artıb

2025-ci ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft ixracı 1,4 milyard dollara bərabər olub.

İctimai Rəy İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyun sayının ilkin məlumatlarına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11.6 faiz artım deməkdir.

Yanvar-may aylarında yeyinti məhsulları üzrə ixrac 14,4 faiz artaraq 417.7 milyon ABŞ dollarına bərabər olub. Həmçinin kimya sənayesi məhsulları ixracı ötən ilin müvafiq dövrünə nəzərən 46,8 milyon ABŞ dolları və ya 45,9 faiz, şəkər 3 milyon ABŞ dolları və ya 30,1 faiz, pambıq iplik 1,3 milyon ABŞ dolları və ya 14,5 faiz, meyvə-tərəvəz 48 milyon ABŞ dolları və ya 19,1 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 3,8 milyon ABŞ dolları və ya 11,3 faiz artıb.

Qeyd olunan dövrdə ixrac olunan aqrar məhsullar 17.2 faiz artaraq 331,2 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 5,9 faiz artaraq 115.6 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14 faiz artaraq 446,7 milyon ABŞ dolları təşkil edib.

Seçilən
44
21
ictimairey.az

10Mənbələr