Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyinin Xəzinadarlıq İdarələri və yerli bölmələri ləğv edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə nazir Sahil Babayev əmr imzalayıb.
Paytaxtda da mövcud olan 11 Xəzinədarlıq İdarəsi ləğv olunub və işçilər sərəncama götürülüb.
Yalnız Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin 2 saylı Xəzinədarlıq İdarəsi saxlanılıb. Sözügedən qurumun rəisi Muradov Yəhya Məmmədhüseyn oğlu vəzifəsindən azad edilib və yerinə Etibar Muradov təyin olunub.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Yaxın vaxtlarda Xəzinədarlıq İdarələri birləşdirilərək, Regional İdarələr kimi fəaliyyət göstərəcək.
Əhməd
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.