AZ

Əlilliyə görə müavinətlər bu qədər olacaq

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sosial müavinətlərin artırılması haqda Fərman imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, buraya əlilliyə görə sosial müavinətlər də aiddir.

Fərmana əsasən, orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 (üç yüz) manat, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 (iki yüz əlli) manat, orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 (yüz səksən) manat sosial müavinət veriləcək.

Qeyd edək ki, sosial müavinətlər 2025-ci il iyulun 1-dən artırılır.

Seçilən
26
11
qafqazinfo.az

10Mənbələr