AZ

Vüqar Mustafayev İndoneziyanın müdafiə naziri və Pakistanın müdafiə istehsalatı üzrə federal naziri ilə görüşdü

BAKI, 12 iyun. TELEQRAF

Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev İndoneziyanın paytaxtı Cakarta şəhərində İndoneziya Respublikasının müdafiə naziri Sjafrie Sjamsoeddin və Pakistanın müdafiə istehsalatı üzrə federal naziri Muhammad Raza Hayat Harraj ilə görüşüb.

Bu barədə Teleqraf-a nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, görüşötən ildən təxirə salınmış “Indo Defence 2024” sərgisi çərçivəsində baş tutub.

Görüşlərdə müdafiə sənayesi sahəsində beynəlxalq sərgilərin təşkilinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb, ölkələr arasında hərbi-texniki sahədə əməkdaşlıq perspektivləri müzakirə edilib və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Indo Defence 2024” ilə paralel olaraq, “Indo Aerospace”, “Indo Marine” və “Indo Security” sərgiləri də keçirilir.

Beynəlxalq sərgilər iyunun 14-də başa çatacaq.

Seçilən
11
7
teleqraf.com

9Mənbələr