Azərbaycan çempionu “Qarabağ”ın mövsümlərarası fasilədə keçirəcəyi ilk yoxlama oyununun vaxtı və rəqibi müəyyənləşib.
Arena.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Bakıda təşkil olunacaq təlim-məşq toplanışında “Zirə” ilə qarşılaşacaq.
Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, sözügedən matç iyunun 30-da keçiriləcək. Qarşılaşma “Azərsun Arena”da baş tutacaq.
Qeyd edək ki, iyunun 18-dən iyulun 2-dək Bakıda toplanış keçəcək “Qarabağ” hazırlığını Avstriyada davam etdirəcək.