AZ

Mateus Kunya: “MY o vaxtdan mənim üçün xüsusi klub olub”

26 yaşlı braziliyalı hücumçu Mateus Kunya “Vulverhempton”dan “Mançester Yunayted”ə keçidi ilə bağlı açıqlama verib.

Arena.az “Mançester Yunayted”in mətbuat xidmətinə istinadən, braziliyalı hücumçunun müvafiq açıqlamasını təqdim edir:

“Mənim nə hiss etdiyimi sözlərlə çatdırmaq çətindir. Hələ uşaq ikən, mən Premyer Liqanın oyunlarına nənəmin evindəki televizordan baxardım və o vaxtdan “Mançester Yunayted” mənim üçün xüsusi klub olub. Mən bir gün qırmızı futbol köynəyini əynimə geyməyi və “Old Trafford”da azarkeşlər qarşısında oynamağı xəyal edərdim. Mənə bu yolu keçməyə yardım etmiş ailəmə və hamıya minnətdarlığımı ifadə etmək istəyirəm. Mövsümöncəsi hazırlığın başlamasını səbirsizliklə gözləyirəm – komandaya mükün olduqca tez bir surtədə hopmaq və işə başlamaq istəyindəyəm. Mənim məqsədim klubun uğuruna öz töhfəmi vermək və onu zirvəyə qaytarmağa kömək etməkdir”, deyə Kunya vurğulayıb.

Xatırladaq ki, “Mançester Yunayted” Kunya ilə müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imzalayıb. Kunyanın tamhüquqlu keçidi “qırmızı şeytanlar”a 74,2 milyon avro məbləğ müqabilində başa gəlib.

Mateus Kunya “Koritiba”nın məzunudur. Avropada debütünə “Syon”da başlamış Kunya sonralar “Leypsiq”, “Herta”, Madrid “Atletiko”su və “Vulverhempton”da çıxış edib.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Kunya “Vulverhempton” üçün 36 oyuna çıxıb, 17 qol və 6 məhsudlar ötürmə ilə fərqlənib. Braziliyalı hücumçu bu komandada bütövlükdə 92 oyun keçirib, 33 qol və 15 assistlə yadda qalıb.

Mateus Kunya 2021-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 15 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Kunya Braziliya millisi ilə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında Olimpiya futbol yarışının qalibi olub.

“Tansfermarkt” internet-portalı 26 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
52
28
arena.az

10Mənbələr