AZ

ABŞ İrana xəbərdarlıq etdi

BAKI, 13 iyun. TELEQRAF

İsrailin İrana zərbə endirməsindən sonra ABŞ dövlət katibi Marko Rubio Tehrana xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, o, İranı ABŞ hərbçilərinə və diplomatlarına, eləcə də Vaşinqtonun regiondakı maraqlarına qarşıhər hansı hərəkətlərdən çəkinməyə çağırıb.

ABŞ dövlət katibinin yazılı bəyanatında deyilir: "Prezident Donald Tramp və administrasiyası qüvvələrimizi qorumaq üçün bütün lazımi tədbirləri görüb və bölgədəki tərəfdaşlarımızla sıx təmasdadır. İcazə verin, açıq deyim: İran ABŞ-ın maraqlarına və şəxsi heyətinə qarşı addım atmamalıdır".

Seçilən
17
8
teleqraf.com

10Mənbələr