İsrailin hərbi hücumları nəticəsində İranın iki tanınmış nüvə alimi, Məhəmməd Mehdi Tehrançi və Fereydun Abbasi ölüb.
Operativ Media xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Tehrançi İran İslami Azad Universitetinin prezidenti, Fereydun Abbasi isə İranın Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri olub.
İki nüfuzlu alim İsrailin bu gecə Tehrana təşkil etdiyi hava hücumu nəticəsində həlak olub.
Zərbələr İranın paytaxtında bir sıra yaşayış binalarını hədəf alıb və nəticədə dinc sakinlər həyatını itirib.
Tehranın İmam Xomeyni adına Beynəlxalq Hava Limanında uçuşlar dayandırılıb.
Hücum İran ilə ABŞ arasında nüvə danışıqlarının yeni mərhələsinə iki gün qalmış həyata keçirilib.