AZ

İsrailin İran ordusunun başçısını və yüksək səviyyəli nüvə alimlərini öldürdüyü ehtimal edilir

İsrailin İran ordusunun başçısını və yüksək səviyyəli nüvə alimlərini öldürdüyü ehtimal edilir. Onların arasında İran ordusunun komandanı Məhəmməd Baqirinin və Böyük nüvə alimlərinin ola biləcəyi istisna edilmir. Bu barədə Oxuməni.az Haaretz-ə istinadən xəbər verir.

Nəşrin İsrail təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən qeyd etdiyi kimi, İsrailin hücumu nəticəsində İran ordusunun baş qərargah rəisinin, baş qərargahın digər üzvlərinin və yüksək səviyyəli nüvə alimlərinin həlak olması “ehtimalları artır”.

İran mediası da İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Səlaminin öldüyünü xəbər verir.

İyunun 13-nə keçən gecə İsrail ordusu İranın nüvə və hərbi obyektlərinə hücum edib. Tehran və digər İran şəhərləri hücuma məruz qaldı.

İsrailin baş naziri Benyamin Netanyahu əməliyyatın lazım olduğu qədər davam edəcəyini bildirib. İDF onu da bildirib ki, bu, əməliyyatın yalnız birinci mərhələsidir.

Əziz Mustafa

Seçilən
53
12
oxumeni.az

10Mənbələr