Yardımlıda traktor aşıb.
"Report" xəbər verir ki, Yardımlı rayon Urakəran kəndində yaşayan Qəliyev Yaqub Rafiq oğlu idarə etdiyi “Belarus” markalı, 65-T-211 dövlət qeydiyyat nişanlı traktoru qoşqu ilə birlikdə aşırıb.
Nəticədə aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Faktla bağlı Yardımlı rayon prokurorluğunda araşdırma aparılır.