Bakı. Trend:
Milli Məclis Türk Dövlətləri Təşkilatının mülki müdafiəmexanizminin təsis edilməsi haqqında sazişi ratifikasiya edib.
Trend xəbərverir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasındamüzakirə edilib.
“Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsisedilməsi haqqında Saziş”in təsdiq edilməsi haqqında qanun layihəsisəsə qoyularaq bir oxunuşda təsdiqlənib.
Bildirilib ki, “Türk Dövlətləri Təşkilatının mülki müdafiəmexanizminin təsis edilməsi haqqında Saziş" Azərbaycan, Qazaxıstan,Qırğızıstan, Türkiyə və Özbəkistan Hökumətlərinin təmsilçiləritərəfindən 2024-cü il noyabrın 6-da Bişkek şəhərində imzalanıb.
Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin (TDTMMM)məqsədi Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin,eləcə də digər dövlətlərin ərazilərində baş verə biləcək fəlakətlərvə fövqəladə hallar zamanı fövqəladə ehtiyacları dəstəkləmək üçünfəlakətlərə cavab tədbirləri üzrə ortaq potensialınyaradılmasıdır.
Dəstək fəlakət və ya fövqəladə vəziyyət zamanı zərər çəkmişdövlətin müraciəti əsasında təmin edilir və TDTMMM-in dəstəkfəaliyyətlərində iştirak könüllülük əsasında həyata keçirilir.
TDTMMM-in əsas funksiyaları haqqında Sazişdə ətraflı məlumatverilib. Bura fəlakət və fövqəladə hallar zamanı həyat və əmlakınxilas edilməsi, tibbi yardım, monitorinq və təhlil, sığınacaq,humanitar yardım və s. kimi tədbirlər aiddir.
Sazişin həyata keçirilməsinə məsul olan səlahiyyətli qurumlarkimi Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan dövlətləritərəfindən həmin dövlətlərin Fövqəladə Hallar Nazirlikləri, TürkiyəRespublikası tərəfindən isə Daxili İşlər Nazirliyi müəyyənedilib.
Sazişə əsasən, Tərəflər Türk Dövlətləri Təşkilatının MülkiMüdafiə Mexanizmini hüquqi şəxs statusuna malik olan beynəlxalqtəşkilat formasında təsis edirlər. TDTMMM-in inzibatistrukturlarına fəlakət və fövqəladə halların idarə edilməsinə məsulolan Nazirlər Şurası və TDTMMM-in Katibliyi aid edilir. NazirlərŞurasının tərkibi tərəflərin fəlakət və fövqəladə halların idarəedilməsinə məsul nazirlərindən ibarət olur. Şura ildə ən azı birdəfə toplanır. TDT-yə sədrlik edən tərəfi təmsil edən nazir həm dəŞuraya sədrlik edir. TDTMMM-in Katibliyi isə məqsəd və vəzifələrinicrasına, iş fəaliyyətinin həyata keçirilməsinə vəəlaqələndirilməsinə yardım göstərir. Katibliyə tərəflərin rəsmiadlarının ingilis əlifbası sırasına uyğun olaraq rotasiya əsasındaNazirlər Şurası tərəfindən təyin edilən Baş katib rəhbərlik edir.Baş katibin səlahiyyət müddəti üç ildir və bu müddət maksimum ikiil uzadıla bilər. Katibliyin qərargahı isə İstanbul şəhərindəyerləşir.
Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxiliprosedurların tərəflər tərəfindən yerinə yetirilməsini təsdiq edənsonuncu yazılı bildirişin Depozitari tərəfindən diplomatik kanallarvasitəsilə qəbul edilməsindən sonra otuzuncu gün qüvvəyə minir vəTDT-yə üzv və müşahidəçi dövlətlərin qoşulması üçün açıqdır. Habelədigər dövlətlər bütün tərəflərin razılığı əsasında bu Sazişə qoşulabilərlər. Sazişə əsasən, Türkiyə Respublikası Hökuməti bu SazişinDepozitarisi olur. Tərəflərdən hər biri istənilən vaxt Depozitariyəmüvafiq yazılı bildiriş göndərməklə Sazişdən çıxa bilər.