Bu ilin yanvar-may aylarında Azərbaycanda 50 milyard 99,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
İndex.az xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,0 % azalmış, qeyri neft-qaz sektorunda isə 3,9 faiz artmışdır.
ÜDM istehsalının 36,2 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 4,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,4 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 4896,1 manata bərabər olmuşdur.