AZ

SOCAR-ın transformasiyası: Azərbaycanın enerji tarixinin yeni səhifəsi

Bakı. Trend:

Azərbaycan iqtisadiyyatının təməl sütunu olan SOCAR yenitransformasiya mərhələsinə qədəm qoyub. Şirkətin əsas məqsədiənənəvi neft-qaz şirkətindən ölkənin enerji təhlükəsizliyinidavamlı olaraq təmin edən və dəyər yaradan beynəlxalq enerjişirkətinə çevrilməkdir.

Şirkətin transformasiyası yalnız milli sərhədlərləməhdudlaşmayıb – beynəlxalq layihələrdə fəal iştirakı və stratejitərəfdaşlıqlar sayəsində şirkət gəlir mənbələrini şaxələndirərəkbeynəlxalq səviyyədə fəaliyyətini genişləndirib.

Bütün bunlar SOCAR-ın uzunmüddətli dayanıqlı inkişafı üçünmöhkəm əsas formalaşdırır və şirkətin qlobal enerji ekosisteminədaha dərin inteqrasiyası üçün bir platforma rolunu oynayır.Şirkətin karbonsuzlaşdırma, beynəlxalq tərəfdaşlıq və “yaşıl keçid”çərçivəsində əlavə dəyər yaradılması istiqamətindəki strategiyasıSOCAR-ı yeni enerji dünyasının aparıcı regional oyunçularındanbirinə çevirir.

SOCAR-ın transformasiya mərhələsi üç əsas strateji istiqamətüzrə formalaşır:

1 - Çətin şəraitə, neft yataqlarında hasilatın təbii şəkildəazalmasına və köhnəlmiş infrastrukturun mövcudluğuna baxmayaraqəməliyyat göstəricilərinin artırılması.

2 - SOCAR-ın beynəlxalq enerji bazarına çıxışı ilə yanaşı,Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi

3 - SOCAR-ın sosial missiyasının effektiv şəkildə yerinəyetirilməsi ilə yanaşı, yüksək maliyyə dayanıqlılığının təminedilməsi.

1. Çətin şərait fonunda əməliyyatdayanıqlılığı

Azərbaycanın hazırda istismarda olan yataqlarında hasilat uzunmüddətdir ki, davam edir. Üç əsas yataq – AÇG(“Azəri-Çıraq-Günəşli”), “Dayazsulu Günəşli” və “Neft Daşları” 25ildən çoxdur ki, istismardadır. “Neft Daşları”nda hasilat 70 ildən,“Dayazsulu Günəşli”də 35 ildən, AÇG-də isə 25 ildən artıq müddətdirki, davam edir.

Ölkəmizdə neft yataqlarında təbii hasilat azalması öncədənproqnozlaşdırılırdı.Lakin, təbii azalma prosesi ilkin proqnozdandaha sürətli olub. Bu azalmaya əsasən iki amil təsir göstərib: HPBSçərçivəsində AÇG yatağında hasilatın azalması (əlavə azalmanıntəxminən 90%-i məhz AÇG yatağı ilə bağlı olub). “Qarabağ” kimi bəzilayihələrin icrasında gecikmənin olması.

Yeni ACE platforması: AÇG blokunda uğurlustart

2024-cü il aprelin 16-da bp şirkəti Azəri–Çıraq–Günəşli (AÇG)blokuna daxil olan yeni "Azəri Mərkəzi Şərqi" (ACE) platformasındanneft hasilatına başlandığını elan etdi. Artıq ilin sonuna kimi ACEplatformasından hasilat gözləntiləri üstələyərək sutkada 24 minbarel əvəzinə 26 min barel təşkil etmişdir.

ACE platforması AÇG blokunda sayca yeddinci olub və 48 layihəquyusunun tam istismara verilməsindən sonra sutkada 100 minbarelədək neft hasilatı gücünə malikdir.

Bundan əlavə, 2025-ci ilin sonuna qədər sualtı və quru işlərininbaşa çatması ilə "Qərbi Çıraq" platformasından da qaz hasilatınabaşlanacağı gözlənilir.

Təbii qaz: Hasilat artımı və yeni Shah Deniz Compressionlayihəsi

2024-cü ildə SOCAR təbii qaz hasilatında müsbət dinamika qeydəaldı. "Şahdəniz" və "Ümid" yataqlarında səmərəli istismarnəticəsində ümumi hasilat həcmi 50 milyard kubmetri ötərək, 2016-cıildə müəyyən olunmuş 45 milyard kubmetrlik uzunmüddətli proqnozu(təkrar vurulmuş qaz da daxil olmaqla) aşdı.

Qaz potensialının genişləndirilməsi baxımından əhəmiyyətliaddımlardan biri, "Şahdəniz" konsorsiumunun Shah Deniz Compression(SDC) layihəsi üzrə yekun investisiya qərarının qəbul olunmasıdır.Bu layihə ölkənin ən iri qaz yatağının işlənməsinin üçüncümərhələsidir.

2,9 milyard ABŞ dolları dəyərində olan SDC layihəsi, laytəzyiqinin aşağı salınması ilə çıxarılma əmsalını artırmağayönəlib. Layihə çərçivəsində əlavə olaraq 50 milyard kubmetr qaz və25 milyon barel qaz kondensatı hasil edilərək ixrac ediləcək.

“Midstream” və “downstream” infrastrukturununköhnəlməsi: Problemlərin həlli üçün genişmiqyaslıtransformasiya

Strateji əhəmiyyətinə baxmayaraq, SOCAR-ın midstream vədownstream seqmentlərindəki neft-qaz aktivləri yüksək dərəcədəköhnəlmiş infrastruktur şəraitində fəaliyyət göstərməyə davam edir.Ən bariz nümunə qaz nəqli sistemində müşahidə olunur: “Azəriqaz”İB-nin mövcud boru kəmərlərinin 60%-i 35 ildən artıqdır ki,istismardadır və bu səbəbdən qaz itkiləri məqbul səviyyədədeyil.

“Downstream” fəaliyyətinin əsas hissəsini təşkil edən HeydərƏliyev adına Neft Emalı Zavodu (NEZ) isə artıq 70 ildən çoxdur ki,fəaliyyət göstərir.

Köhnəlmiş infrastruktura baxmayaraq, 2022-ci ilə qədər SOCAR-ındigər prioritet layihələrinə görə, təəssüf ki, mövcud aktivlərinqorunub saxlanılmasına məhdud həcmdə investisiya qoyuluşu həyatakeçirilib. Bu xüsusda, 2019–2021-ci illər ərzində istismarda olanyataqlarda hasilatı stabil saxlamaq məqsədilə ümumi investisiyaqoyuluşları 1 milyard ABŞ dollarından az olub. Bu isə analojisənaye obyektləri üçün orta investisiya göstəricisinin yarısınıtəşkil edib. Eyni şəkildə, 2022-ci ildə Heydər Əliyev adına NEZ-əqoyulan investisiya həcmi təxminən 20 milyon ABŞ dolları olub.Halbuki, NEZ-in mürəkkəb infrastrukturu və miqyası nəzərə alınarsa,qlobal etalon (benchmark) üzrə bu məbləğ təxminən 60 milyon dollarolmalı idi.

Bu problemlərin aradanqaldırılması üçün SOCAR bütün əsas fəaliyyət sahələrindəəməliyyatların təkmilləşdirilməsinə yönəlmiş genişmiqyaslıtransformasiyalara start verib. Diqqət köhnə infrastrukturunyenilənməsinə, səmərəliliyin artırılmasına və hasilatın davamlıgenişləndirilməsinə yönəlib.

Upstream seqmentində ilk addım AÇG potensialının təkrarqiymətləndirilməsi olub: AÇG yatağında hasilatın gözləniləndənaşağı səviyyədə olması səbəbindən, SOCAR HPBS tərəfdaşları iləbirgə yatağın hasilat proqnozlarının qiymətləndirilməsi və yenidənnəzərdən keçirilməsi məqsədilə texniki tədqiqat işlərinə başlayıb.Bu tədqiqat müstəqil texniki məsləhətçi şirkətlərin dəstəyi iləhəyata keçirilib. Nəticə olaraq, növbəti beş il ərzində AÇGyatağında hasilatın 2024-cü il səviyyəsində qorunub saxlanılmasıilə bağlı öhdəlik qəbul edilib. Bu yeni öhdəlik sayəsində 2030-cuilə qədər əlavə olaraq 5 milyon ton neftin hasil olunacağı, bununlada uzunmüddətli hasilatın və dəyərin artırılacağıproqnozlaşdırılır.

Paralel olaraq digərperspektivli aktivlərdə də miqyaslı layihələr gerçəkləşdirilir.

KADUA layihəsi çərçivəsində (bp ilə birgə) ilk neft hasilatı2029–2030-cu illərdə nəzərdə tutulur. Layihənin pik hasilatmərhələsində illik 3 milyon tondan artıq neft hasilatıgözlənilir.

“Ümid Faza-2” layihəsi üzrə yekun investisiya qərarının 2026-cıilin sonuna qədər verilməsi nəzərdə tutulur. İlk qaz hasilatı isə2028-ci ilin sonuna planlaşdırılır. Ümumilikdə “Ümid” yatağından2050-ci ilə qədər 50 milyard kubmetrdən çox qaz hasil ediləcəyi,pik hasilat dövründə isə (2030-cu illərin əvvəllərində) illik 4,4milyard kubmetr qaz hasilatı proqnozlaşdırılır.

Oxşar dinamika “Abşeron” yatağındada müşahidə olunur: “Abşeron”yatağının işlənməsinin İkin Hasilat Sxemi mərhələsi üzrə qazhasilatına 2023-cü ildə başlanılıb. Yatağın tammiqyaslı işlənməsi(“Total” və ADNOC ilə birgə) üzrə yekun investisiya qərarının2025-ci ilin sonuna qədər verilməsi planlaşdırılır. Layihəçərçivəsində ilk qaz hasilatı isə 2028-ci ilin sonuna nəzərdətutulur. Pik hasilat dövründə (2030-cu ilin əvvəllərinəproqnozlaşdırılır) illik hasilatın 6 milyard kubmetrə çatacağıgözlənilir.

Babək” perspektiv sahəsinin kəşfiyyatı üzrə yeni HPBS-ninhazırlanması planlaşdırılır . Hazırkı qiymətləndirmələrə əsasən,“Babək” yatağında çıxarıla bilən qaz ehtiyatları 100 milyardkubmetrdən çoxdur ki, bu da onun uzunmüddətli strateji əhəmiyyətinigöstərir. Eyni zamanda, bu yeni HPBS-də iştirak etməkdə maraqlı birsıra investorlar mövcuddur.Bundan əlavə, SOCAR, “ExxonMobil” (ABŞ),“MOL Group” (Macarıstan) və ENI (İtaliya) kimi qlobal enerjişirkətləri ilə yeni kəşfiyyat sahələri üzrə əməkdaşlıq imkanlarınımüzakirə edir.

Yeni layihələrlə yanaşı, şirkət köhnə yataqlarda əməliyyatfəaliyyətinin yaxşılaşdırılmasına diqqət ayırır. 2023-2024-cüillərdə “Azneft” İB-də neftçilərin yataqxana, yeməkxana və digərümumi istifadə yerlərinin təmiri daxil olmaqla platformalardayaşayış şəraitinin yaxşılaşdırılması üçün 350-dən çox iş görülüb.Digər əsas istismar olunan yataqların modernləşdirilməsi üçüntərəfdaş şirkətlər ilə dəyər mübadiləsi çərçivəsində əməkdaşlıqmodelinin müzakirəsinə start verilib.

Uzun müddət istismarda olan “Dayazsulu Günəşli” yatağınınyenidən işlənməsi planına, o cümlədən su axınınınoptimallaşdırılması kimi təşəbbüslərə başlanılıb. İnfrastrukturunvə əməliyyatların modernləşdirilməsi təşəbbüsləri çərçivəsində2024-cü ildə pilot olaraq tətbiq edilən sahələrdə hasilat 3% artıbki, bu da ilkin proqnozları üstələyir. Hazırda bu pilot layihələrinmiqyasının genişləndirilərək “Dayazsulu Günəşli” və digər müvafiqyataqlarda tətbiqi planlaşdırılır.

“Midstream” seqmentində qazpaylayıcı sistemin komplekstransformasiyasına start verilib. “Azəriqaz”da sayğaclarınklasterləşdirilməsi və modernləşdirilməsindən tutmuş, şəbəkələrinidarə olunması üçün rəqəmsal həllərin tətbiqinədək iki ondan çoxtəşəbbüs həyata keçirilir. Bu tədbirlər qaz itkilərininazaldılmasına, səmərəliliyin artırılmasına və müştəri xidmətlərininyaxşılaşdırılmasına yönəlib. Bu xüsusda, 2031-ci ilin sonuna kimitəşəbbüslərin pik həddə çatdırılması ilə illik 50 milyon ABŞdollarından çox mənfəət əldə edilməsi gözlənilir (5 illik müddətdənsonra ~250 milyon ABŞ dolları).

2022-2024-cü illərdə 820 km-dən çox boru kəmərində təmir-bərpaişləri aparılıb. 2023-cü illə müqayisədə 2024-cü ildə CAPEX-də(kapital xərcləri) 17% səmərəliliyə nail olunub. 2024-cü ildəsayğacların 10%-i yüksək keyfiyyətli sayğaclarla yenilənib. Aparıcıqlobal şirkətlərlə əməkdaşlıq nəticəsində və rəqəmsal həllərləbirlikdə qaz sızmalarının ~1% azalmasına nail olunub. 2024-cü ildəsahə işi, hesablama, müştəri həlləri və digər əməliyyat vəkommersiya prosesləri üçün 15-dən çox rəqəmsal həllərhazırlanıb.

Yığımlar 4,4 faiz artaraq 2023-cü ildəki 94,8%-dən 2024-cü ildə99,2%-ə yüksəlib. Son 3 ildə 55-dən çox yaşayış məntəqəsiqazlaşdırılıb ki, bu da 91 000-dən çox ev təsərrüfatının enerjitəminatına imkan yaradıb. Bundan başqa, son 3 ildə 160 000-dən çoxyeni abunəçi qeydə alınıb ki, onlardan 3500-dən çoxu işğaldan azadedilmiş ərazilərdədir.

“Mitsui & Co.” kimi beynəlxalq şirkətlərlə “Karbon Krediti”mexanizminin işlənib hazırlanması üzrə əməkdaşlıq edilib. Butəşəbbüs qaz sızmalarının qarşısının alınması ilə metanemissiyalarının azaldılmasına, Karbon Krediti mexanizminingələcəkdə tətbiqinə imkan yaratmaq məqsədi daşıyır.

Uzunmüddətli strategiya çərçivəsində Yaxın Şərq ölkələrindəntərəfdaşlar cəlb olunub və bu əməkdaşlıq ağıllı qazinfrastrukturlarının inkişafını hədəfləyir. Bu tərəfdaşlıqlarınməqsədi sızmaların müəyyən olunması dəqiqliyinin artırılması,əməliyyat səmərəliliyinin yüksəldilməsi, müştəri xidmətlərinintəkmilləşdirilməsi və aktivlərin idarə olunmasınınoptimallaşdırılmasıdır.

Beləliklə, SOCAR-ın transformasiya təşəbbüsləri yalnız mövcudgöstəricilərin sabitləşdirilməsinə deyil, həm də uzunmüddətlidövrdə davamlı inkişaf üçün möhkəm əsasların formalaşdırılmasınayönəlib.

Təbii qazın ixracı:

Azərbaycanın qaz ixracı hazırda rekord səviyyədədir – 2024-cüildə bu göstərici 25,3 milyard kubmetr təşkil edib ki, bu da2023-cü ildəki 23,9 milyard kubmetr və 2022-ci ildəki 22,4 milyardkubmetrlə müqayisədə artım deməkdir.

2026-cı ilə qədər Avropaya illik qaz ixracının təxminən 18,6%artırılaraq 2023-cü ildəki 11,8 milyard kubmetrdən 14 milyardkubmetrə çatdırılması hədəflənir. Azərbaycan əlavə kapitalxərclərinə (CAPEX) ehtiyac olmadan, “SWAP” mexanizmləri vasitəsilə12 ölkəyə qaz ixracını həyata keçirir.

“Downstream” (emal və satış):

Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) modernizasiyaproqramına start verilib və bu proqramın birinci mərhələsi 2024-cüildə uğurla tamamlanaraq, Azərbaycanda ilk dəfə “Avro-5”standartına uyğun yanacaq istehsal olunub.

Modernizasiyanın birinci mərhələsində qarşıya üç əsas hədəfqoyulmuşdu:

- Avro-5 standartlarına cavab verən dizel yanacağı və benzinistehsalının təmin olunması;

- “Azərikimya” ASC üçün daha keyfiyyətli və sabit xammaltədarükünün təşkil olunması;

- Emal prosesi zamanı ətraf mühitə mənfi təsirlərinazaldılması.

Layihənin ilkin olaraq 2021-ci ildə tamamlanması nəzərdə tutulsada, işlərin həcminin əhəmiyyətli dərəcədə genişlənməsi səbəbindənlayihə yalnız 2024-cü ildə başa çatdırılıb. Əvvəlcə yalnızayrı-ayrı qurğuların yenilənməsi planlaşdırılsa da, genişmiqyaslıdayanıqlılıq sınaqları zamanı əlavə problemlər aşkarlanıb: bəziqurğularda metal qatının kifayət qədər qalın olmaması və bir neçəkolonun istismara yararsız olması. Bu səbəbdən işlərin həcmi qismənmodernizasiyadan tamamilə yeni qurğuların tikintisinə dəyişdirilib(əsasən Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi sahəsindərisklərin azaldılması məqsədilə), bu isə layihənin icrasınınuzadılmasına gətirib çıxarıb. Belə dəyişikliklər və müddətgecikmələri emal müəssisələrində həyata keçirilən iri layihələrüçün tipik haldır.

Məqsədli şəkildə həyata keçirilən əməliyyat mükəmməlliyiproqramları vasitəsilə NEZ-də ağ neft məhsullarının (benzin, dizel,aviasiya yanacağı) istehsalı 2022-ci ildəki 63%-dən 2024-cü ilinsonuna 69%-ə yüksəlib, əməliyyat itkiləri isə 2%-dən 1,6%-ə qədərazalıb.

Proseslərin optimallaşdırılması nəticəsində 2024-cü ildə daxilibazar üçün neft məhsullarının xarici ticarət balansında müsbətsaldo 50 milyon ABŞ dollarını ötüb və proqnozlara görə bugöstəricinin növbəti 5 il ərzində təxminən 250 milyon dollaradəkartacağı gözlənilir. Bu nəticə benzinin idxalının azalması vəaviasiya yanacağının ixracının artması hesabına mümkün olub.

Karbamid Zavodunda 2024-cü ildə istehsalı həcmi 2022-ci ildəki537 min tondan 652 min ton səviyyəsinə çatıb ki, bu da 21,4%-likartım deməkdir. Paralel olaraq, 1 ton üzrə təbii qaz sərfiyyatı 24%azalıb.

“Azərikimya” İstehsalat Birliyi üzrə etilen və propilen hasilatı2022-ci ildəki 48,6%-dən 2024-cü ildə 55,4%-ə yüksəlib.

Ümumilikdə, 2023-cü ildən bəri həyata keçirilən təkmilləşdirməişləri nəticəsində “Dəyər Yaratma Layihələri”nin illik iqtisaditəsiri 131 milyon ABŞ dolları səviyyəsində qiymətləndirilir ki, buda növbəti beş il ərzində təxminən 650 milyon ABŞ dollarıdeməkdir.

Türkiyədəki downstream fəaliyyəti çərçivəsində STAR Neft EmalıZavodunda istehsalat gücü 2020-ci ilin may ayında 98,5% olduğuhalda, 2023-cü ilin yanvarında 119%-ə çatdırılıb. Bu, NEZ-lərarasında ən yüksək istismar səmərəlilik göstəricilərindən birihesab olunur və xüsusilə 2022–2023-cü illərdə emal marjalarınınyüksək olduğu şəraitdə müəssisəyə əhəmiyyətli maliyyə üstünlüyüqazandırıb.

q) Rəqəmsallaşma (bütün seqmentlər üzrə əsas və stratejiəhəmiyyət daşıyan istiqamət kimi):

SOCAR genişmiqyaslı rəqəmsal transformasiya proqramına startverib və bütün dəyər zənciri üzrə rəqəmsal həllərin tətbiqinəbaşlayıb. Bu proses ilk olaraq Türkiyədə həyata keçirilərək, dahasonra Azərbaycanda əməliyyat sahələri üzrə genişləndirilib.

Türkiyədə “Petkim” və “STAR” zavodları müvafiq olaraq 2020 və2021-ci illərdə Dünya İqtisadi Forumu tərəfindən dünyada ilk dəfənüfuzlu “Global Lighthouse Network” mükafatına layiq görülənneft-kimya və emal müəssisələri olub.

2023-cü ildə SOCAR Azərbaycanda Karbamid Zavodunda rəqəmsaltransformasiya proqramına start verib. Hazırda zavod Dünya İqtisadiForumunun “Global Lighthouse Network” şəbəkəsinə qoşulmaq üçünhazır vəziyyətə gətirilib.

Azəriqaz" İB, “Italgas” kimi beynəlxalq şirkətlərlə əməkdaşlıqçərçivəsində yüksək ölçmə infrastrukturu və “ağıllı sayğacşəbəkəsi”nin qurulmasına dair strateji təşəbbüsə start verib. Qazsızmasının aşkarlanması üzrə yüksək həssaslığa malik texnologiyailə 5000-dən çox sızma müəyyən edilib, onların 3000-dən çoxuoperativ şəkildə aradan qaldırılıb. Bu tədbirlər nəticəsində illikqaz itkisi təxminən 2,6 milyon kubmetr azalıb, bu da təxminən 50min ton CO₂ ekvivalent emissiyaların azalması ilə nəticələnib.

2025-ci ildə "Azneft" İB qlobal texnologiya təminatçıları iləstrateji tərəfdaşlıq çərçivəsində çoxillik rəqəmsal transformasiyavə infrastrukturun modernləşdirilməsi proqramına start verib. İlkinmərhələdə, “Azneft” İB ilk dəfə olaraq quyuların hasilat vəəməliyyat göstəricilərinə uzaq məsafədən real vaxt rejimindənəzarəti təmin edən virtual monitorinq sisteminin istifadəsinəbaşlayıb. Bu sistem ən iri hasilat platforması olan “GünəşliPlatforma 8”, “Neft Daşları” çən parkı və Dübəndi çən parkını əhatəedir

2. Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsivə SOCAR-ın beynəlxalq enerji şirkətinə çevrilməsi:

Milli neft və qaz şirkətləri (MNQŞ-lər) adətən iki əsas məqsəddaşıyır: daxili enerji təhlükəsizliyini təmin etmək, eyni zamandaregional və qlobal səviyyədə rəqabətədavamlı şirkətə çevrilmək.SOCAR bu “iki məqsədi” uğurla həyata keçirir. Daxili bazarda neftvə qaz məhsullarının əsas təchizatçısı kimi SOCAR Azərbaycanınenerji təhlükəsizliyini təmin edir və yerli bazara satılan xamneftin 100%-ni təmin edir. Bundan əlavə, avtomobil yanacağı (ocümlədən ilk dəfə Avro-5 standartlarına cavab verən benzin) vəaviasiya yanacağı üzrə yerli tələbatın 90%-i SOCAR tərəfindənqarşılanır.

Qeyd edək ki, Heydər Əliyev adına NEZ-in ümumi istehsal həcmi2019–2024-cü illər ərzində təxminən 2% artıb və bu artım əsasəntexnoloji itkilərin 3,6%-dən 1,6%-ə endirilməsi hesabına əldəolunub. Eyni zamanda, yüngül məhsulların (benzin, dizel və s.)ümumi məhsul portfelindəki payı 65,9%-dən 70,5%-ə qədəryüksəlib

Digər tərəfdən, son illərdə SOCAR ölkə üzrə qazlaşdırmasəviyyəsini 97%-ə çatdırıb ki, bu göstərici həm regionda, həm dədünya miqyasında ən yüksək səviyyələrdən biridir.

Qlobal enerji keçidi şəraitində və Azərbaycanın bərpa olunanenerji sahəsində böyük potensialını nəzərə alaraq, SOCAR davamlıinkişaf istiqamətində strategiyasını fəal şəkildə yenidənqurur.

COP28 konfransında şirkət karbonsuzlaşdırma üzrə iddialıhədəflərini təqdim edib:

- 2050-ci ilə qədər karbon neytrallığına (net-zero) nailolmaq;

- 2035-ci ilə qədər upstream (hasilat) seqmentində metanemissiyalarını tamamilə aradan qaldırmaq;

- 2035-ci ilə qədər şirkətin karbon intensivliyini 30% və ümumitullantıları 20% azaltmaq.

Bu hədəflər SOCAR-ın investisiya portfelinin bərpa olunan enerjiistiqamətində genişmiqyaslı şəkildə yenidən formalaşdırılmasınatəkan verib. 2024-cü ilin sonuna olan məlumata görə, SOCAR Greentörəmə şirkətinin təsdiqlənmiş layihə portfeli 1,4 QVt təşkil edib.Bu portfelyə aşağıdakılar daxildir:

Total şirkəti ilə birlikdə həyata keçirilən 1 QVt-lıq “Mega”layihəsi;

bp ilə birlikdə həyata keçirilən 240 MVt gücündə “Şəfəq” günəşelektrik stansiyası;

Çin tərəfdaşları ilə birlikdə həyata keçirilən 160 MVt-lıqlayihələr.

Eyni zamanda, SOCAR və BƏƏ-nin Masdar şirkəti Azərbaycanın bərpaolunan enerji və hidrogen enerjisi sahəsində ümumi gücü 4 QVt olanlayihələrin birgə reallaşdırılması barədə razılıq əldə ediblər. Buəməkdaşlıq çərçivəsində 2024-cü ildə Biləsuvarda 445 MVt vəNeftçalada 315 MVt gücündə günəş elektrik stansiyalarınıntikintisinə investisiyalar başlayıb. Bu layihələr üzrə ümumiinvestisiya həcmi 600 milyon ABŞ dollarını ötəcək.

Əlavə olaraq irimiqyaslı layihələr elan olunub:

Əlavə olaraq, “ACWA Power” (Səudiyyə Ərəbistanı) və “Masdar”(BƏƏ) ilə birlikdə 3,5 QVt-lıq, “China Datang Overseas Investment”və “PowerChina” ilə 2 QVt-lıq dənizdə külək elektrik stansiyasılayihəsi üzrə planlar mövcuddur.

Bundan əlavə, SOCAR və SLB Azərbaycanda geotermal enerjipotensialının birgə araşdırılması barədə razılığa gəlib.

Son illərdə SOCAR qlobal bazarlarda müşahidə edilən volatillikfonunda uğurlu fəaliyyət göstərərək strateji inkişaf imkanlarındanistifadə etmə bacarığını bir daha təsdiq edib. SOCAR-ıntransformasiyası yalnız milli sərhədlərlə məhdudlaşmayıb –beynəlxalq layihələrdə fəal iştirakı və strateji tərəfdaşlıqlarsayəsində şirkət gəlir mənbələrini şaxələndirərək beynəlxalqsəviyyədə fəaliyyətini genişləndirib.

Son illərdə SOCAR qlobal enerji bazarlarında müşahidə olunanvolatillik fonunda sabit və effektiv fəaliyyət nümayiş etdirərəkstrateji inkişaf imkanlarından səmərəli şəkildə faydalandığınısübut edib. Şirkətin transformasiyası yalnız ölkə daxilindəkifəaliyyəti ilə məhdudlaşmayıb — beynəlxalq layihələrdə fəaliştirakı və strateji tərəfdaşlıqlar sayəsində SOCAR gəlirmənbələrini uğurla şaxələndirib və xaricdəki fəaliyyət sahəsinigenişləndirib.

Neft və qaz ixrac infrastrukturunun daha da səmərəliistifadəsi və genişləndirilməsi:

Azərbaycanın qaz ixracı rekord səviyyəyə çatıb – 2024-cü ildə bugöstərici 25,3 milyard kubmetr ( 2023-cü ildə 23,9 milyard kubmetrvə 2022-ci ildə 22,3 milyard kubmetr olub). 2026-cı ilədək Avropayaillik qaz ixracının 2023-cü ildəki 11,8 milyard kubmetrdən 14milyard kubmetrə qədər (təxminən 18,6%) artırılması hədəflənir.Azərbaycan əlavə kapital xərcləri olmadan, SWAP çərçivəsində 12ölkəyə qaz tədarük edir.

SOCAR, Türkiyənin BOTAŞ şirkəti ilə əməkdaşlıq çərçivəsində 97,5km-lik “İğdır-Naxçıvan” qaz kəmərinin tikintisini başa çatdırıb. Bustrateji layihə Türkiyə ilə Azərbaycanın Naxçıvan bölgəsi arasındaenerji əlaqəsini gücləndirir və Naxçıvanın enerji ehtiyaclarınıqarşılamağa xidmət edir.

SOCAR və Qazaxıstanın milli neft və qaz şirkəti “KazMunayGas”2024-cü ildə Aktau-Bakı-Ceyhan Neft Tranziti Sazişi çərçivəsindəBakı-Tbilisi-Ceyhan vasitəsilə 1,5 milyon ton neftin nəqli üzrəbeşillik müqavilə imzalayıb.

Xarici “Upstream” investisiyaları:

SOCAR beynəlxalq neft şirkətləri ilə əməkdaşlıq çərçivəsindəyüksək potensiala malik bölgələrdə neft və qaz yataqlarınınkəşfiyyatı və işlənməsi üzrə fəaliyyət göstərir.

Birləşmiş Ərəb Əmirliklərində: SOCAR, ADNOC şirkətindən “UmmLulu” və SARB yataqlarında 3% effektiv iştirak payı əldə edib. Buyataqlarda ümumi neft ehtiyatları 2,7 milyard barrel həcmindəqiymətləndirilir. SOCAR-ın illik hasilat payının təxminən 2,8milyon barrel (təxminən 0,4 milyon ton) neft olacağıproqnozlaşdırılır. Bu, SOCAR-ın ölkə hüdudlarından kənarda“usptream” sahəsinə yatırdığı ilk investisiyasıdır.

İsraildə: SOCAR, “Chevron” şirkətinin istismar etdiyi “Tamar”yatağında 10% iştirak payının alınmasına dair müqavilə imzalayıb.“Tamar” İsrailin ikinci ən böyük ofşor təbii qaz yatağıdır. Bundanəlavə, SOCAR, bp və “NewMed Energy” şirkətlərindən ibarətkonsorsium İsrailin Xüsusi İqtisadi Zonasında (EEZ) təbii qazkəşfiyyatı aparmaq üçün lisenziyalar əldə edib.

SOCAR, İsveçrədə 2026-cı ilə qədər 100 yüksək sürətli elektrikyükləmə stansiyalarının quraşdırılması və yerli enerji şirkətləriilə birgə yaşıl hidrogen istehsalı üzrə zavodu inkişaf etdirməyiplanlaşdırır

Vyetnamın “Binh Son” NEZ-i “SOCAR Trading” ilə 2025-ci il üçünxam neft təchizatı üzrə müqavilə imzalayıb.

SOCAR, həmçinin beynəlxalq LNG təchizatını artırmaqistiqamətində addımlar atıb. Bu xüsusda təbii qazınmayeləşdirilməsi terminalları, reqazifikasiya qurğuları vətransmilli infrastruktur layihələrinə sərmayələr qoyulub. “PakistanLNG Limited” (PLL) ilə “SOCAR Trading” arasında 2025-ci ildəPakistana LNG yüklərinin təchizatı üzrə çərçivə sazişiimzalanıb.2025-ci ildə SOCAR Rumıniyada qazın topdansatışı bazarınadaxil olub.2023-cü ildən etibarən “SOCAR Trading” Asiyada artantələbatı qarşılamaq məqsədilə Sinqapurda LNG ticarəti üzrəfəaliyyətini gücləndirib.

Bu addımlar SOCAR-ı beynəlxalq enerji bazarlarında etibarlıtərəfdaş kimi tanıdaraq qlobal imicini gücləndirib və dayanıqlısəviyyədə gəlir axınının təmin edilməsi üçün strateji bazaformalaşdırıb.

3. SOCAR-ın sosial missiyasını effektiv şəkildə yerinəyetirməklə yanaşı, yüksək maliyyə dayanıqlılığını təminetmək:

Qlobal enerji bazarlarında hökm sürən volatillik və sürətlidəyişikliklər fonunda dayanıqlı inkişafın təmin edilməsi üçün güclümaliyyə intizamının qurulması labüddür. Bununla yanaşı, SOCAR kimidövlət şirkətlərin vacib sosial məsuliyyət öhdəlikləri dəmövcuddur

SOCAR neft-qaz sektorunda dövri dəyişikliklərin yaratdığıqeyri-müəyyənliklərə qarşı dayanıqlılığı artırmaq məqsədilə son ikiildə güclü maliyyə göstəricilərinə nail olmağı strateji hədəf kimimüəyyənləşdirib. Şirkətin 2023–2024-cü illərdəki əsas maliyyənailiyyətləri aşağıdakılardır:

2023–2024-cü illər ərzində SOCAR-ın faiz, vergi və amortizasiyaöncəsi gəliri (EBITDA) 8,3% artaraq 4,8 milyard ABŞ dollarından 5,2milyard ABŞ dollarına yüksəlib (bu göstəricilər STAR və SGC-nin tamkonsolidasiyasını nəzərə almır).

Aşağıda son illərin EBITDA dinamikası təqdim olunur:

2020: 2,4 milyard ABŞ dolları

2021: 4,6 milyard ABŞ dolları

2022: 8,7 milyard ABŞ dolları

2023: 4,8 milyard ABŞ dolları

2024: 5,2 milyard ABŞ dolları

Azad pul axınının artması:

2023–2024-cü illərdə sərbəst pul axını 46% artım göstərmişdir.Bu nəticəyə xərclərə ciddi nəzarət və nizamlı kapital idarəçiliyivasitəsilə nail olunub.

Kredit reytinqinin yüksəldilməsi:

Fitch Ratings agentliyi 2024-cü ilin avqust ayında SOCAR-ınkredit reytinqini "BBB–" səviyyəsinə qaldırıb ki, bu daAzərbaycanın suveren reytinqinə bərabərdir. Moody’s agentliyi isəşirkətin mövcud likvidlik səviyyəsini və 2025-ci ilə qədər borcöhdəliklərinin yerinə yetirilməsi üçün maliyyə imkanlarını nəzərəalaraq, SOCAR-ın reytinq proqnozunu müsbətə dəyişib.

ESG reytinqi:

2024-cü ilin son rübündə MSCI agentliyi SOCAR-a ətraf mühit,sosial məsuliyyət və korporativ idarəetmə (ESG) kriteriyaları üzrəilkin “BBB” səviyyəsində reytinq vermişdir.

Maliyyə göstəricilərinin optimallaşdırılması:

Depozitlər üzrə faiz gəlirlərinin artması və sığorta xərclərininoptimallaşdırılması sayəsində SOCAR kreditlər üzrə faizdərəcələrini səmərəli şəkildə aşağı sala bilib.

"Yaşıl" istiqrazlara böyük maraq:

2025-ci ilin birinci rübündə SOCAR bərpa olunan enerjilayihələrinin maliyyələşdirilməsi məqsədilə ümumi dəyəri 200 milyonABŞ dolları olan "yaşıl" istiqrazlar buraxmışdır. 10 iyun 2025-ciil tarixində bu istiqrazlar üzrə ilk faiz ödənişi həyata keçirilmişvə istiqraz sahiblərinin hesablarına ümumilikdə 3 milyon ABŞdolları köçürülmüşdür. "Yaşıl" istiqrazlara yerli bazarda yüksəkmaraq müşahidə olunub — 7 mart tarixindən etibarən ikinci bazardaolan bu alətlər üzrə Bakı Fond Birjasında 330-dan çox əməliyyataparılıb və əməliyyatların ümumi həcmi 13,8 milyon ABŞ dollarınıkeçib. Bu aktivlik daxili kapital bazarında ciddi canlanmayaratmışdır.

Dövlət büdcəsinə töhfələr: 2022–2024-cü illər ərzində SOCARmənfəət vergisi və yol vergisi istisna olmaqla dövlət büdcəsinə 5,7milyard AZN məbləğində vergi, 629 milyon AZN birbaşa dividentödənişləri həyata keçirib.

Bu faktlar SOCAR-ın neft və qaz sektorunda tsiklik təzyiqlərəqarşı davamlılığını, adaptasiya qabiliyyətini və maliyyəsabitliyini uğurla təmin etdiyini təsdiq edir.

Borc səviyyəsinin azalması:

Post-COVID dövründə neft-qaz sektorunda qlobal tələbat vətəchizat “şok”larının təsiri ilə kəskin dəyişikliklər müşahidəolunub və sənayedə orta borc/EBITDA nisbəti 1–1,5 dəfəsəviyyəsindən 2–2,5 dəfə səviyyəsinə yüksəlib. Bu dövrdə SOCAR-ınBeynəlxalq Maliyyə hesabatlarına əsasən borc/EBITDA nisbəti 2020-ciildə 3,4-dən 4,2 dəfə yüksəlib. STAR, “Goldman Sachs”, SOFAZborcları nəzərə alındıqda (CQD istisna olmaqla) bu göstərici 7 dəfəsəviyyəsində olub.

Buna baxmayaraq SOCAR, əməliyyatların təkmilləşdirilməsi vəstrateji tədbirlər nəticəsində bu çağırışa qarşı sürətli vəeffektiv cavab verdiyini nümayiş etdirib:

2022-ci ildə SOCAR 70,1 milyard ABŞ dolları gəlir və 8,7 milyardABŞ dolları EBITDA ilə rekord səviyyədə nəticələr əldə edib. Buartımın təxminən yarısı neft və qaz qiymətlərinin kəskin yüksəlməsiilə əlaqədar olub, qalan hissəsi isə ticarət əməliyyatlarınınoptimallaşdırılması və “STAR” zavodunun yüksək səmərəlilikləfəaliyyət göstərməsi kimi strateji təşəbbüslər nəticəsində təminolunub.

2022-ci ilin sonuna qədər SOCAR borc/EBITDA nisbətini 2 dəfədənaşağı salıb və 2023–2024-cü illər ərzində bu göstəricini 2–3 dəfəaralığında saxlamağa nail olub. Nəticə etibarilə, 2021–2024-cüillər ərzində SOCAR, EBITDA göstəricisini ikiqat artırıb, bütünborclarının əhəmiyyətli hissəsini (35%-dən çoxunu) ödəyib vəborc/EBITDA nisbətini 66% azaldaraq maliyyə sabitliyinə sadiqliyinivə intizamlı yanaşmasını nümayiş etdirib.

Maliyyə nəticələri ilə sosial məsuliyyətinbalanslaşdırılması:

Son üç il ərzində SOCAR mühüm sosial layihələrə 3 milyard ABŞdollarından çox investisiya qoyub. Bu layihələrə aşağıdakılardaxildir:

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının qazlaşdırılması:Enerji infrastrukturunun yaradılması və regional inkişafındəstəklənməsi.

Sosial rifah layihələrinə investisiyalar: Ehtiyac duyulan bütünhallarda, SOCAR Azərbaycan vətəndaşlarının sosial həyatsəviyyəsinin yüksəldilməsinə yönəlmiş təşəbbüsləri maliyyələşdirib,ölkənin rifahının təminatçılarından biri kimi rolunugücləndirib.

2024-cü ildə SOCAR ekoloji tədbirləri maliyyələşdirib.

Bundan əlavə, SOCAR, Azərbaycan vətəndaşları üçün yanacağınqiymətini Avropa səviyyəsindən əhəmiyyətli dərəcədə aşağısaxlayaraq sosial rifaha töhfə verib. Belə ki, dizel yanacağının 1litrinin qiyməti 0,59 ABŞ dolları (Avropadan 66% ucuz), Aİ-95markalı benzinin isə 1 litri 0,94 ABŞ dolları təşkil edib(Avropadan 47% ucuz).

EY tərəfindən aparılmış əmək bazarı təhlili hesabatlarınaəsasən, 2022–2024-cü illər ərzində SOCAR əməkdaşlarının rifahhalının inkişafına sadiqliyini qoruyaraq, işçilərə illik ortahesabla 160 milyon AZN həcmində əlavə xərc çəkib.

Qarşıdakı Yol: Məqsədlər üzərində qurulmuşgələcək

SOCAR-ın transformasiya yolu davam edir və bu yolun əsas məqsədiənənəvi neft-qaz şirkətindən Azərbaycan üçün enerjitəhlükəsizliyini təmin edən və dəyər yaradan beynəlxalq enerjişirkətinə çevrilməkdir. SOCAR-ın "Next Horizon" (“Növbəti Üfüq”)strategiyası bu istiqamətdə aydın fəaliyyət planını müəyyənedir:

Karbohidrogen hasilatının maksimuma çatdırılması: SOCAR yerli“upstream” əməliyyatlarını effektiv şəkildə davam etdirməyə, eynizamanda uzunmüddətli enerji təchizatını təmin etmək üçün beynəlxalqmiqyasda “upstream” fəaliyyətini genişləndirməyə çalışır.

Emalın və neft-kimyasının modernizasiyası (downstream):

SOCAR enerji təhlükəsizliyini təmin etmək üçün ölkədə“downstream” aktivlərində (xüsusilə Heydər Əliyev adına NEZ və“Azərikimya” İB) modernizasiya işlərini davam etdirməklə yanaşı,Türkiyədəki strateji fəaliyyətini artırır.

Əməliyyat mükəmməlliyi:

SOCAR proseslərin təkmilləşdirilməsi və xərclərinoptimallaşdırılması vasitəsilə etibarlı və səmərəli neft-qaztəchizatını təmin edir; eyni zamanda ən yüksək təhlükəsizlikstandartlarına riayət edir.

SOCAR üçün səmərəliliyin, etibarlılığın və təhlükəsizliyinartırılması əsas prioritet olaraq qalır. Ən müasir texnologiyalarıntətbiqi və xərclərin optimallaşdırılması sayəsində şirkət neft vəqazın dayanıqlı və fasiləsiz tədarükünü beynəlxalq ESG və sənayetəhlükəsizliyi standartlarına uyğun olaraq möhkəmləndirir.

HSE transformasiya proqramına SOCAR prezidenti birbaşa tabeolan, yeni müstəqil təşkilat rəhbərlik edir və bu təşkilat bütünaidiyyəti struktur bölmələri və biznes vahidləri ilə əməkdaşlıqedir. Bu yanaşma ExxonMobil və Shell kimi beynəlxalq neftşirkətlərinin dünya standartlarına uyğundur.

Təhlükəsizlik sahəsində sistemli səylərə baxmayaraq, SOCAR-ınfəaliyyəti yüksək risklə əlaqəlidir və insan faktoru ilə bağlıhadisələrin tamamilə istisna edilməsi mümkün deyil ki, bu datəəssüf doğurur. Buna baxmayaraq, təhlükəsiz iş şəraitinin təminolunması və təhlükəsizlik standartlarının yüksəldilməsiistiqamətində daimi işlər aparılır.

2024-cü ildə SOCAR neft kəmərlərinin mövcud vəziyyətinin dərintəhlili və uzun illər yığılmış investisiya tələblərini nəzərəalaraq, zəruri tədbirlərin həyata keçirilməsi üzrə layihəyə startverib. Təəssüf ki, modernizasiya layihəsi davam edərkən (“NeftDaşları” – Çilov – Şah saçı – Dübəndi boru kəməri üzrə) 2025-ciilin fevral ayında sızma hadisəsi baş verib.

2025-ci ilin mart ayında Heydər Əliyev adına NEZ-də xam neftindistillə olunması qurğusunun alt hissəsində nasosun texniki baxışıüçün hazırlıq zamanı yanğın hadisəsi baş verib. Hadisəyə operativvə effektiv reaksiya verilməsi məqsədilə xüsusi komanda yaradılıbvə iki podratçı qısa zamanda texniki xidmət prosesinə cəlb olunub.Bu işlər çərçivəsində bir sıra vacib və əsaslı tədbirlər görülüb:nasosların təmiri, boru kəmərləri və kabellərin dəyişdirilməsi,atmosfer və vakuum kolonlarının xidməti, enjektorların texnikibaxışı və 200-dən artıq klapanın dəyişdirilməsi. Bu kimihadisələrin qarşısını almaq məqsədilə NEZ-in geniş miqyaslımodernizasiya layihəsi sürətlə davam etdirilir.

Enerji keçidinə dəstək:

2050-ci ilə qədər karbon neytrallığına nail olmaq öhdəliyinəuyğun olaraq, SOCAR iqlim neytralı həllərin tətbiqinisürətləndirir. Əsas diqqət təkrarolunan enerji sahəsində, qabaqcılbeynəlxalq tərəfdaşlarla əməkdaşlıq şəraitində həyata keçirilənlayihələrin balanslı portfelinin formalaşdırılmasınayönəldilmişdir. Bu, şirkəti qlobal enerji keçidinin ayrılmazhissəsinə çevirir.

Portfelin optimallaşdırılması və dayanıqlılığı:

SOCAR aktiv portfelinin strukturunu və coğrafiyasını ardıcılşəkildə yenidən gözdən keçirir və enerji bazarının yenireallıqlarına uyğunlaşdırır. Əsas məqsəd uzunmüddətli perspektivdədayanıqlı böyüməni, maliyyə dayanıqlığını və şirkətin yüksəkinvestisiya cəlbediciliyini təmin etməkdir.

Bu strateji istiqamətlər SOCAR-ın dəyişikliklərə yalnızuyğunlaşmaqla kifayətlənməyib, həm də enerji gələcəyiniformalaşdırmaq, regional və qlobal səviyyədə liderliyinigücləndirmək niyyətində olduğunu göstərir.

Bugünkü SOCAR təkcə milli neft-qaz şirkəti deyil, beynəlxalqmiqyasda fəaliyyət göstərən güclü və çoxşaxəli enerji oyunçusudur.Neft və qazın hasilatı, emalı və nəqli sahəsində kompleks layihələrhəyata keçirərək, SOCAR Azərbaycanın enerji təhlükəsizliyinin təminedilməsində sistem yaradan rol oynayır. Eyni zamanda, şirkət Avropavə digər regionların enerji dayanıqlılığına əhəmiyyətli töhfəverərək, transmilli infrastruktur təşəbbüslərinin həyatakeçirilməsində etibarlı tərəfdaş kimi çıxış edir.

SOCAR-ın qlobal enerji keçidində fəal iştirakı xüsusi önəmdaşıyır. “Yaşıl” texnologiyaların inkişaf etdirilməsi, təkrarolunanenerji sahəsində layihələr portfelinin yaradılması və dayanıqlıtəcrübələrin strategiyaya inteqrasiyası ilə şirkət yeni çağırışlarahazır olduğunu göstərir və davamlı inkişaf prinsiplərinəuzunmüddətli bağlılığını təsdiqləyir.

Beləliklə, SOCAR milli maraqları qlobal məsuliyyətlə uğurlauzlaşdıraraq, Azərbaycanı beynəlxalq enerji dialoqunun vacib vəməsuliyyətli iştirakçısı kimi mövqeyini möhkəmləndirir.

Məqalədə:
Seçilən
13
19
az.trend.az

10Mənbələr