AZ

246 medal dəsti uğrunda mübarizə aparılacaq - III MDB Oyunlarında

III MDB Oyunlarında 23 idman disiplini üzrə 246 medal dəsti uğrunda mübarizə aparılacaq.

Sportinfo.az xəbər verir ki, ən çox medal dəsti üzgüçülük üzrə-40 dəst olacaq.

Komanda idman növlərində – futbol, voleybol, 3x3 basketbol və çövkən üzrə də qaliblər və ən dəyərli oyunçular (MVP) müəyyən olunacaq.

Yarışlar 12 idman məkanında keçiriləcək.

III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq.

Ümumilikdə, Oyunlarda MDB-yə üzv və dəvət olunmuşölkələrin idmançı və rəsmi nümayəndələrin iştirakı gözlənilir.

Seçilən
32
21
sportinfo.az

10Mənbələr