AZ

Ermənistanın keçmiş baş naziri SAXLANILDI

Ermənistanın keçmiş baş naziri Ovik Abramyan saxlanılıb.
 
Moderator.az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
 
Komitənin qeyd etdiyi kimi, Ovik Abramyan çirkli pulların yuyulmasında, vəzifə səlahiyyətlərindən sui-istifadədə və qanunsuz sahibkarlıq fəaliyyətində ittiham olunur.
 
Məlumata görə, hazırda onun evində axtarış aparılır.
 
Qeyd edək ki, Abramyana qarşı ittihamlar hələ 2023-cü ilin aprelində irəli sürülüb. İş materiallarına görə, o, müxtəlif vəzifələrdə işləyərək sövdələşmə həyata keçirib və nəticədə 2008-2015-ci illərdə bundan 230.4 milyon dram (təxminən 590 min dollar) gəlir əldə edib.
 
Xatırladaq ki, Ovik Abramyan 2014-2016-cı illərdə Ermənistanın baş naziri vəzifəsində çalışıb. Həmçinin 2012-2014-cü illərdə Ermənistan parlamentinin sədri olub.
Seçilən
18
4
moderator.az

10Mənbələr