Bakı, 13 iyun, AZƏRTAC
Qadın voleybolçular arasında son ölkə çempionu “Azərreyl” baş məşqçisi Paolo Tofoli ilə müqavilə müddətini uzadıb.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, “dəmiryolçular” italiyalı mütəxəssislə 1 illik yeni sözləşmə imzalayıb.
“Azərreyl” Paolo Tofolinin rəhbərliyi altında ötən mövsüm Yüksək Liqanın qalibi olub.
O, 2024-cü ildən Bakı təmsilçisində işləyir.