AZ

İsrail Təbrizə zərbələr endirib: Təlafat var

İsrail iyunun 13-də Təbrizə hava zərbələri endirib.

Azı 3 nəfərin öldüyü bildirilir.

İsrail Təbrizdə yerləşən hava hücumundan müdafiə qərargahına zərbələr endirib, yerli media bildirib.

Hələlik ölənlərin hərbi və ya mülki şəxslər olduğu məlum deyil.

Hücumlar zamanı 6 nəfərin yaralandığı deyilir.

İranda hökumətə yaxın Telegram kanallarının yazdığına görə Təbriz aeroportu yaxınlığında da bir neçə partlayış səsləri eşidilib.

Şərqi Azərbaycan vilayətinin rəsmisi Məcid Farşi bildirib ki, Təbrizdəki neft emalı, eləcə də neft-kimya müəssisələrinə qarşı hücum qeydə alınmayıb.

İsrailin İrana qarşı başlatdığı hücumlardan sonra Tehran, Zəncan və digər iri şəhərlərdə İsrailə qarşı müharibə tələbi ilə insanlar küçələrə axışıb.

Videonu YouTube kanalımızda izləyin.

Seçilən
26
bbc.com

1Mənbələr