AZ

Azərbaycanın daha üç cüdoçusu bu gün Budapeştdəki dünya çempionatında tatami üzərinə çıxacaq

Bakı. Trend:

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünyaçempionatının üçüncü yarış günündə Azərbaycan millisinin daha üçüzvü mübarizəyə qoşulacaq.

Trend xəbər verirki, 57 kq çəki dərəcəsində çıxış edən Fidan Əlizadə serbiyalıMariya Perişiçə qarşı görüşəcək. 73 kq çəki dərəcəsində isəAzərbaycanın olimpiya, dünya və Avropa çempionu Hidayət Heydərovportuqaliyalı Otari Kvantidze ilə üz-üzə gələcək. Eyni çəkidəyarışan digər təmsilçimiz Rəşid Məmmədəliyev isə BƏƏ təmsilçisiKazbek Naquçev və italiyalı Covanni Espozito cütünün qalibi iləqarşılaşacaq.

Hər üç idmançı mübarizəyə 1/16 final mərhələsindən startverəcək.

Qeyd edək ki, dünya çempionatında Azərbaycanı fərdi yarışlardaümumilikdə 13 cüdoçu – 9 kişi və 4 qadın təmsil edir. Yığmamız,həmçinin qarışıq komanda yarışlarında da iştirak edəcək. Hazırkımərhələyə qədər cüdoçularımız medal qazana bilməyiblər.

Seçilən
22
22
az.trend.az

10Mənbələr