İranda İsrailin hücumları nəticəsində, qadın və uşaqlar daxil olmaqla, azı 128 nəfər ölüb.
Viral.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzinin başçısı Hüseyn Kirmanpur bildirib.
O, ayın 14-nə olan vəziyyətə görə 128 nəfərin öldüyünü açıqlayıb. “Ölən və yaralananların dəqiq sayı bəlli deyil, çünki yaralıların əhəmiyyətli hissəsi ordu və Sepah ilə əlaqəli xəstəxanalara köçürülüb, İsrailin hücumlarına uğramış ərazilərin təmizlənməsi isə başa çatmayıb”, – nazirliyin nümayəndəsi vurğulayıb.
Son Yazılar:
- İranda İsrailin hücumları nəticəsində ölənlərin sayı 128-ə ÇATDI
- Fəxrəddin Altun Milli Qurtuluş Günü münasibətilə paylaşım ETDİ
- Tramp İranla İsrail arasında tezliklə atəşkəs olacağına əmindir
O, Səhiyyə Nazirliyinin nəzdindəki xəstəxanalara 900 nəfərin yerləşdirildiyini, onlardan 230-nun evə buraxıldığını açıqlayıb.