AZ

Britaniya diplomatların ailələrini hücumdan əvvəl İrandan çıxarıb

BAKI, 16 iyun. TELEQRAF

Böyük Britaniya hökuməti İsrailin İrana zərbə endirməsindən az əvvəl Tehrandan diplomatların ailələrini təxliyə edib.

Teleqraf xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, bu, Vaşinqtonun Yaxın Şərqdən amerikalı hərbçilərin ailə üzvlərini təxliyəsi ilə eyni vaxtda baş verib. Nəşr qeyd edib ki, Britaniya hakimiyyəti İslam Respublikası ilə əlaqə saxlamaq üçün diplomatları Tehrandan təxliyə etməmək qərarına gəlib.

Bundan əlavə, London İranda yaşayan Britaniya vətəndaşlarını evakuasiya etməyi planlaşdırmır. Nəşrin məlumatına görə, krallıq həmçinin, ölkənin hava məkanının tezliklə açılmasına və kommersiya uçuşlarının bərpasına ümid edərək, britaniyalıları İsraildən təxliyə etməyi planlaşdırmır.

Seçilən
28
1
teleqraf.com

2Mənbələr