AZ

SEPAH: İran İsraili tamamilə məhv edilənə qədər əməliyyatları davam etdirəcək

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

İranın İsrailə qarşı əməliyyatları düşmən tamamilə məhv edilənə qədər davam edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) bəyanatında deyilir.

İranın “Tasnim” xəbər agentliyi SEPAH-a istinadən: “Cinayətkar İsrail rejiminin tərəfdarları bilməlidirlər ki, İranın bu rejimin əhəmiyyətli və həssas hədəflərinə qarşı effektiv, məqsədyönlü və ölümcül əməliyyatları tamamilə məhv edilənə qədər davam edəcək”, - deyə məlumat verib.

İyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramına qarşı yönəlmiş “Rising Lion” əməliyyatına başlayıb. Bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirdi.

İyunun 14-ü və 15-nə keçən gecə İsrail və İran yenidən zərbələr endiriblər.

Hər iki tərəf bu hücumlar nəticəsində itki və dağıntılar barədə məlumat verib, öz ərazilərində bir sıra hədəfləri vurduğunu etiraf edib, lakin zərərin məhdud olduğunu bildirib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
50
bizimyol.info

10Mənbələr