AZ

5 yaşlı uşaq “KamAz”ın altında qalıb öldü

Zaqatalada 5 yaşlı uşaq “KamAz”ın altında qalaraq ölüb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhər ərazisində qeydə alınıb.

Belə ki, Muxax kənd sakini 5 yaşlı Elman Məcid oğlu Sulxayev “KamAz” markalı maşının altında qalıb.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan E. Sulxayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır./“Qafqazinfo"

Seçilən
11
7
bakivaxti.az

10Mənbələr