AZ

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 10-%-ə yaxın artıb

BAKI, 17 iyun. TELEQRAF

2025-ci ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,7 faiz artaraq 5680,2 milyon manat olub.

Teleqraf bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 4298,5 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,7 faizini təşkil edib.

2025-ci ilin yanvar-may aylarında hər bir ölkə sakini orta hesabla 555,1 manatlıq və ya 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə nominal ifadədə 82,8 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Seçilən
1
5
teleqraf.com

6Mənbələr