AZ

Son seçim qarşısında: "Fənərbaxça", yoxsa ərəb klubları?

"Tottenhem"in hücumçusu Son Xın Minin yayda komandasını dəyişmək ehtimalı bir az da artıb.

İdman.biz xəbər verir ki, "Fənərbaxça"nın maraq dairəsində olan cənubi koreyalının yeni namizədləri var.

Səudiyyə Ərəbistanı klubları da Mini heyətində görmək istəyirlər. "Əl Əhli", "Əl-Qadisiya" və "Əl-Nəsr" yayda 32 yaşlı hücumçunu transfer siyahısında daxil ediblər. Onlar bunun üçün 40 milyon avrodan keçməyə hazırdırlar.

Qeyd edək ki, Son 2024/2025 mövsümündə 46 oyunda 11 qol vurub, 12 ötürmə verib. O, London klubunun heyətində Avropa Liqasının qalibi olub.

İdman.biz

Seçilən
34
1
idman.biz

2Mənbələr