AZ

CineMastercard-da yay mövsümü “Materialistlər”lə açılıb – FOTOLAR, VİDEO

Bilgəhdə “Amburan Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında yay mövsümünün təntənəli açılışı baş tutub.

Dərgi.az xəbər verir ki, açıq səma altında keçirilən çiçəkli əyləncə yay, təbiət və keyfiyyətli kino sevərləri bir araya gətirib.

Çiçəklərin zərif ətri, işıq şousu və həzin musiqi hər kəsdə gözəl əhval-ruhiyyə yaradıb.

Tədbirdə tanınmış simalar, ictimai xadimlər, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak edib. Qonaqları pantomim qarşılayıb və hər xanıma çiçək təqdim edərək, sehrli bayram ab-havası bəxş edib.

Gecənin xüsusi məqamı isə filmin süjetinə əsaslanan rəqs tamaşası olub.

Tədbirin sonunda Amerika istehsalı olan “Materialistlər” adlı komediya filmi nümayiş olunub. Ekran əsəri tədbirin yüngül və romantik təəssüratını mükəmməl şəkildə tamamlayıb.

Filmin ssenari müəllifi və rejissoru Selin Sondur. Baş rolları Dakota Conson, Pedro Paskal və Kris Evans canlandırıblar.

Süjet xəttinə gəlincə, peşəkar evlilik agenti Lüsi sevgi haqqında hər şeyi bildiyinə əmindir. Qəlbləri ustalıqla birləşdirən Lüsi özü subay qalmağa davam edir. Lakin cazibədar milyonçu Rendi onunla maraqlanmağa başlayanda və keçmiş sevgilisi, yaraşıqlı Con yenidən ortaya çıxanda, Lüsi anlayır ki, əsl sevgi heç bir formul və hesabla ölçülə bilməz.

Qeyd edək ki, filmin yaş həddi 18+ təyin olunub.

Seçilən
12
5
dergi.az

10Mənbələr