AZ

Səfir: "Belarus Azərbaycanla yüngül sənayedə strateji tərəfdaşlığa ümid edir"

Azərbaycan bazarında Belarus Respublikasına məxsus 500-dən çox adda məhsul təqdim olunur.

"Report" xəbər verir ki, bu barədə Belarus Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Dmitri Pineviç "Bellegprom" konserninin nümayəndə heyətinin Azərbaycanın işgüzar dairələrinin nümayəndələri ilə biznes görüşü zamanı bildirib.

Diplomat qeyd edib ki, Azərbaycan bazarında təqdim olunan 500-dən çox adda Belarus məhsulları arasında artıq yüngül sənayeyə aid unikal məhsulların olması da çox vacibdir: "Bu məhsullar sənaye və ərzaqdan tutmuş digər istiqamətlərə qədər müxtəlif sahələrə aiddir. Düşünürəm ki, bu gün qurulan əlaqələr nəticəsində, o cümlədən mümkün birgə layihələr hesabına bu iştirak möhkəmlənəcək və genişlənəcək”.

D.Pineviç vurğulayıb ki, müasir çağırışlara cavab verən strateji tərəfdaşlığı da inkişaf etdirməyi nəzərdən keçirirlər: “Bu, təkcə iqtisadi əlaqələrə deyil, həm də xalqlarımız və iki ölkənin liderləri arasında daha geniş strateji əməkdaşlığa aiddir. Yüngül sənaye bu prosesin vacib bir hissəsinə çevrilməlidir”.

Seçilən
7
50
report.az

10Mənbələr