BAKI, 19 iyun. TELEQRAF
Rusiya və Azərbaycan logistika və istehsal, xüsusən də gəmiqayırma sahəsində birgə layihələr hazırlayır.
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin TASS-ın dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə təşkil etdiyi görüşdə deyib.
O bildirib: "Bizim "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi və logistika sahəsində və yeri gəlmişkən, istehsal sahəsində də, o cümlədən gəmiqayırma və bir sıra digər sahələrdə yaxşı layihələrimiz var. Biz öz sifarişlərimizlə Bakı zavodunu təmin etməyə hazırıq".
Putin qeyd edib ki, Azərbaycanla birgə layihələrin “yaxşı məzmunu var”: "Ümid edirəm ki, biz hər şeyi həyata keçirəcəyik. Ümumilikdə, Azərbaycandan danışsaq, ötən il ticarət dövriyyəmiz 7% artıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir".