AZ

İranın atdığı ballistik raket Beer-Şeva şəhər xəstəxanasına tuş gəlib: yaralılar var

Bakı. Trend:

İranın İsrailin Beer-Şeva şəhərinə atdığı ballistik raketSorokoa xəstəxanasına tuş gəlib.

Trend “Times ofİsrael”ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziriUriol Buso deyib.

Məlumata görə, hadisə nəticəsində 3-ü ağır olmaqla, onlarlainsanın yaralanıb. Səhiyyə naziri bu hücumu müharibə cinayəti kimiqiymətləndirib və İranı qəsdən mülki əhalini və tibbi personalıhədəfə almaqda ittiham edib.

Bundan əvvəl İran tərəfi Beer-Şevaya atılmış raketin Hav-Yamkəşfiyyat mərkəzinə hədəfləndiyini, lakin partlayış dalğasınınxəstəxanaya da təsir etdiyini, kiçik dağıntılara səbəb olduğunutəsdiqləmişdi.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Seçilən
24
50
az.trend.az

10Mənbələr