ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
İsrail-İran münaqişəsinin 8-ci günündə tərəflər qarşılıqlı hücumlarını davam etdirir. Bu gün günorta saatlarında İran tərəfindən atılan ballistik raketlərdən bəziləri İsrailin Hayfa şəhərinə düşüb. Hadisə nəticəsində şəhərdə böyük partlayış və dağıntılar yaşanıb.
İsrail mediasının məlumatına görə, İranın hücumu zamanı ümumilikdə 39 raket atılıb. Hayfa ilə yanaşı Beerşeva, Qüds və Təl-Əviv şəhərlərində də partlayış səsləri eşidilib.
Hadisə nəticəsində 12 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir. Şəhərdə təhlükə siqnalları verildiyi, əhalinin isə sığınacaqlara yönəldiyi bildirilir. Hazırda bölgədə axtarış-xilasetmə və tibbi yardım işləri davam etdirilir.
Qeyd edək ki, bu, İranın Hayfaya qarşı indiyə qədərki ən ciddi raket zərbəsi kimi qiymətləndirilir.
"AzPolitika.info"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.