AZ

Tərtər, Bərdə, Goranboy və Yevlaxın su təminatı yaxşılaşdırıldı

"Tərtərçay Sol Sahil suvarma kanalının yenidən qurulması layihəsi çərçivəsində 20 kilometr uzunluğunda magistral kanalın bərpası artıq yekunlaşıb" .
 
Moderator.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi İlham Quliyev deyib.
 
O bildirib ki, kanalın suburaxma qabiliyyəti saniyədə 21 kubmetr təşkil edir:
 
"Bu yenidənqurma nəticəsində Tərtər, Bərdə, Goranboy və Yevlax rayonlarında 30 min hektara yaxın torpaq sahəsinin su təminatı yaxşılaşdırılıb".
 
Seçilən
10
3
moderator.az

4Mənbələr