AZ

Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılışı VİDEO

16:18Bu dəqiqələrdə Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilir.BİRBAŞA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edirlər.

Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Sonra “Azərbaycan” məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış edir.

***16:13İyunun 19-da Kahramanmaraşda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

***15:33Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Türkiyəyə işgüzar səfərə gəlib.

Kahramanmaraş Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Dövlətimizin başçısını Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Seçilən
205
50
anspress.com

10Mənbələr