Braziliyanın “Palmeyras” klubu Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandasını 2:0 hesabı ilə məğlub edib.
“Report” xəbər verir ki, DÇ-nin qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilmiş qarşılaşma ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərindəki “Metlayf” stadionunda baş tutub.
Matçın 49-cu dəqiqəsində Vessam Əbu Əli öz qapısına qol vurduqdan sonra Braziliya komandası hesabda önə çıxıb, 59-cu dəqiqədə isə Xose Lopes fərqi artırıb.
62-ci dəqiqədə qasırğa təhlükəsi səbəbindən oyun dayandırılıb, azarkeşlərə arenadan çıxmaq və sığınacaq tapmaq təklif olunub. 40 dəqiqədən sonra matç bərpa edilib.
“Palmeyras” A qrupunda dörd xalla liderlik edir. “Əl-Əhli” bir xalla dördüncü yerdədir. Qrupun son matçında Braziliya komandası iyunun 24-də “İnter Mayami” ilə qarşılaşacaq, “Əl-Əhli” isə həmin gün “Portu” ilə üz-üzə gələcək.