AZ

ABŞ aviaşirkətləri Yaxın Şərq reyslərini dayandırdı – Savaşın coğrafiyası böyüyür

ABŞ-ın aparıcı hava nəqliyyatı şirkətləri Yaxın Şərq istiqamətində uçuşları təxirə salıb.

Musavat.com xəbər verir ki, bölgədə hərbi gərginliyin artması və mümkün hava əməliyyatları fonunda United Airlines, Delta və American Airlines öz marşrutlarını müvəqqəti olaraq dayandırıb:

• United Airlines Nyuark–Dubay reysini,
• Delta Tel-Əviv istiqamətini,
• American Airlines isə Filadelfiya–Doha marşrutunu ləğv edib.

Uçuşların dayandırılması hava məkanının təhlükəli olacağı ehtimalı ilə əsaslandırılır. Qeyri-rəsmi məlumatlara görə, ABŞ-ın B-2 strateji bombardmançıları və digər hərbi təyyarələri artıq Qətər və Bəhreyn ərazisində yüksək hazırlıq vəziyyətinə gətirilib.

Əldə olunan bilgilərə görə, planlaşdırılan hava zərbələrinin əsas hədəfi İranın Fordo uranın zənginləşdirilməsi kompleksi ola bilər. Bu obyektin dərin yeraltı infrastrukturu səbəbilə İsrailin mövcud arsenalı ilə vurulması mümkün deyil. Məhz bu səbəbdən əməliyyatın icrası ABŞ-a həvalə olunub.
Bütün bu proseslər göstərir ki, qlobal müharibənin ayaq səsləri artıq eşidilir. ABŞ-ın aviasiya sektoru tədbir görür, diplomatik korpuslar İranı tərk edir, Azərbaycan isə beynəlxalq təhlükəsizlik sistemində mühüm bir dəhliz rolunu oynayır.

Əgər hücum Cümə günü baş verərsə, bu artıq Yaxın Şərqdə yeni bir fəsil, qlobal nizamın növbəti gərgin dövrü olacaq. Növbəti 72 saat – təkcə İran üçün deyil, bütün region üçün həyati əhəmiyyətli qərar saatlarıdır.

 

Musavat.com

Seçilən
26
50
musavat.com

10Mənbələr