AZ

İran MAQATE rəhbərini hüquqi tədbirlərlə HƏDƏLƏDİ

İran, İsrailin zərbələrindən sonra Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi tərəfindən hər hansı bir tədbir görülməməsinə cavab olaraq hüquqi addımlar atmaq niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə "Fars" agentliyi İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslaminin sözlərinə istinadla məlumat yayıb.

“Hərəkətsizliyinizə dərhal son qoymaq və İsrail rejiminin bütün beynəlxalq hüquq normalarına zidd olan təcavüzünü pisləməklə hüquqi öhdəliklərinizi yerinə yetirməlisiniz”, - Eslaminin Qrossiyə məktubunda deyilir.

O qeyd edib ki, İran öz suveren hüquqlarını qorumaq üçün lazımi tədbirlər görəcək və "xüsusilə Qrossinin hərəkətsizliyi ilə bağlı" müvafiq hüquqi addımlar atacaq.

Seçilən
21
5
publika.az

6Mənbələr