AZ

"Araz-Naxçıvan"ın rəqibi Seneqal millisinin üzvünü transfer etdi

Bakı. Trend:

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində"Araz-Naxçıvan"ın rəqibi olan "Aris" heyətini yeni oyunçu iləgücləndirib.

Trend xəbər verir ki,Yunanıstan təmsilçisi "Gent"dən Noa Fadiqanı transfer edib. Bubarədə klubun mətbuat xidməti məlumat yayıb.

Seneqal millisinin üzvü olan 25 yaşlı sağ cinah müdafiəçisi iləimzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, "Araz-Naxçıvan" "Aris"lə ilk oyunu iyulun 24-dəBakıda keçirəcək. Komandalar arasındakı cavab görüşü isə 1 həftəsonra Yunanıstanda baş tutacaq.

Seçilən
29
50
az.trend.az

10Mənbələr