AZ

Fidan Qurbanlı dünya çempionatının finalına yüksəlib

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələr arasında dünya çempionatında Azərbaycan gimnastı Fidan Qurbanlı finala yüksəlib.

İdman.biz xəbər verir ki, o, təsnifat mərhələsində altıncı nəticə göstərərək buna nail olub.

Həlledici çıxış iyunun 22-də baş tutacaq.

Bundan əvvəl daha bir gimnastımız Azadə Atakişiyeva halqa ilə hərəkətlərdə finala yüksəlib.

İdman.biz

Seçilən
7
1
idman.biz

5Mənbələr