AZ

"UFC Baku Fight Night"da idmançıların rəsmi çəkiölçmə mərasimi keçirildi - FOTO

"UFC Fight Night" iştirakçılarının KİV nümayəndələri qarşısında rəsmi çəkiölçmə mərasimi keçirilib.

Milli.Az xəbər verir ki, mübarizə aparacaq olan bütün MMA döyüşçüləri çəkidən keçiblər.

Qeyd edək ki, "UFC Fight Night"  21 iyun tarixində ilk dəfə ölkəmizdə,  "Baku Crystall Hall"da keçiriləcək gecədə əsas qarşılaşma keçmiş UFC yarımağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında olacaq. 

Azərbaycan təmsilçilərinə gəldikdə isə yüngül çəkidə gecənin ikinci əsas döyüşü Rafael Fiziyevlə çilili İqnasio Baxamondes arasında keçiriləcək.

Digər idmançılarımız da qalib adı uğrunda mübarizə aparacaqlar. Oktaqoma çıxacaq idmançılarımız Nazim Sadıxov və Tofiq Musayevin rəqibləri isə braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.

Ümumilikdə isə gecədə.12 döyüş keçiriləcək. Döyüşlər Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Digər döyüşləri təqdim edirik:

Yarımyüngül çəki: İrina Alekseyeva (5-2-0, Rusiya) - Klaudiya Siqula (6-2-0, Polşa)

Yarımorta çəki: Sok Hyon Ko (1-0-0, Cənubi Koreya) - Oban Elliott (12-2-0, Uels)

Ağır çəki: Hamdi Abdel Vahab (6-0-0, Misir) - Məhəmməd Usman (11-4-0, Nigeriya)

Yarımyüngül çəki: Melisa Mallins (7-1-0, İngiltərə) - Darya Jeleznyakova (9-2-0, Rusiya)

Orta çəki: İsmayıl Naurdiyev (24-7-0, Mərakeş) - Pak Çun Yon (18-6-0, Cənubi Koreya)

Ən yüngül çəki: Taqir Ulanbekov (16-2-0, Rusiya) - Maksum Azat (17-1-0, Qazaxıstan)

Yarım yüngül çəki: Məhəmməd Naimov (12-3-0, Tacikistan) - Boqdan Qrad (15-2-0, Avstriya)

Ağır çəki: Körtis Bleyds (18-5-0, ABŞ) - Rizvan Kuniyev (12-2-1, Rusiya)

Yarım ağır çəki: Camal Hill (12-3-0, ABŞ) - Xəlil Rauntri C. (14-6-0, ABŞ).

Tural 
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
8
10
milli.az

10Mənbələr