Bu ilin yanvar-may aylarında Azərbaycana 7 004 ton süd və qaymaq idxal edilib.
Finss.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxalın dəyəri 11 milyon 358 min ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə süd və qaymaq idxalı həcm baxımından 1 420 ton və ya 25,4 %, dəyər baxımından isə 2 milyon 721 min ABŞ dolları və ya 31,5 % artıb.
Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərclər Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.
Fuad Mədətov
Finss.az