Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış idman jurnalisti, “Rekord.az” saytının baş redaktoru Kənan Məstəliyev deyib.
O bildirib ki, UFC isə Azərbaycan üçün bir qədər yeni layihədir, çünki bu, əsasən ABŞ-də və Qərbi Avropada yayılan bir idman növüdür:
"Son 10-15 ildə bu yarışlara maraq artıb. Azərbaycanlı döyüşçülər də son illərdə bu yarışlara qatılmağa və uğurlar qazanmağa başlayıblar.
Mən düşünürəm ki, UFC-də təmsil olunmaq Azərbaycan üçün vacibdir, çünki UFC planetar səviyyədə məşhur layihədir. Mərkəzi döyüşlərdə iştirak edən idmançılar dünyaca tanınır, ölkələrini tanıdırlar. UFC-nin Bakıya gəlməsi və burada mərhələsinin keçirilməsi böyük bir uğurdur".
Onun sözlərinə görə, UFC-nin ABŞ və Avropadan kənara çıxması nadir haldır və bu yarışın Azərbaycana gəlməsi region üçün çox önəmlidir:
"Hətta Rusiyada belə bu layihə keçirilməyib. Qazaxıstan, Özbəkistan, Gürcüstan kimi ölkələrdə də keçirilməyib. Onlar təəccüblənirlər ki, Bakı bunu necə əldə edib. UFC-nin Bakıya gəlməsi müasir idman aləmində planetar hadisədir.
Layihənin müəlliflərini, o cümlədən Gənclər və İdman Nazirliyini təbrik edirəm. Cənab Prezident İlham Əliyev UFC rəhbəri Dana White və komandasını qəbul edərək bu layihənin Azərbaycana gəlməsinə verdiyi dəyəri göstərdi. UFC-nin Bakıya gəlməsi təkcə döyüş idmanlarına deyil, ümumiyyətlə idmana marağı artıracaq və bu, yalnız müsbət nəticələr doğuracaq".
Əfsanə Kamal
Demokrat.az
10Mənbələr
-
yenisabah.az“O qədər şey vəd etdilər, heç nə olmadı” – Murad Arif həmkarlarına söz atdı ( 19456226)
-
yenisabah.azƏlixanın son 3 ili: “Heç zad” ( 19375891)
-
yenisabah.az“Heç kim maraqlanmadı…” - Allahverdi Yolçuyev susqunluğunu pozdu ( 19350511)
-
yenisabah.azBir nazir konserv yeyib, o biri... - “Hər şey baha idi” ( 19232047)
-
yenisabah.azRusiyadan dəhşətli xəbərlər gəlir: Bu sektordakı azərbaycanlılar... ( 19046308)
-
hit.azYer Günəşdən uzaqlaşır, bəs hava niyə bu qədər isti olur? ( 19042084)
-
millitv.net“Məni ən çox həyat yoldaşım ağladır” ( 19040083)
-
vaxt.az“İş bitdi, amma qalib yoxdur” ( 19039855)
-
kulis.azAydın Talıbzadə ( 19039075)
-
idman.bizDaniel Cecetka: "Alov Qüllələri"ndə yarış böyük maraq doğuracaq" ( 19038724)