AZ

İsrailin İranın qərbindəki hədəflərə zərbələr endirib

Bakı. Trend:

İsrailin İranın qərbindəki Kirmanşah vilayətindəki hədəflərəendirdiyi zərbələr nəticəsində azı 5 hərbi qulluqçu ölüb, 9-uyaralanıb.

Trend-inməlumatına görə, bu barədə yerli hakimiyyət orqanları bildirib.

Məlumata əsasən, hücum yerli vaxtla saat 16:00-da həyatakeçirilib. Zərbələr İraqla sərhəddə yerləşən Qəsri-Şirin bölgəsindəyerləşən hədəflərə endirilib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.

Seçilən
86
25
az.trend.az

10Mənbələr