AZ

100-dən çox gənc qız dəstək proqramından yararlanıb - Bahar Muradova

Bakı. Trend:

Gənc qızların təhsilinə dəstək yalnız sosial layihə deyil, bu,cəmiyyətin inkişafına yönəlmiş mühüm təşəbbüsdür.

Trend xəbərverir ki, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsinin sədri Bahar Muradova “Gənc qızların təhsilinə dəstək”layihəsi iştirakçılarının məzun günündə deyib.

O bildirib ki, proqram hazırda ölkəmizin 58 rayonu və 27 təhsilmüəssisəsini əhatə edir və yüzlərlə gənc qızın təhsilinə töhfəverməyə davam edir.

“Qızların həyatına işıq salan bu layihəyə ilk tərəfdaş olaraqElm və Təhsil Nazirliyi qoşulub.

Nazirliklə birgə atdığımız addımlar nəticəsində layihə daha dagenişlənib və bu günə qədər 100-dən çox qız bu dəstəkdənyararlanıb", - deyə o əlavə edib.

Seçilən
19
2
az.trend.az

3Mənbələr