AZ

Xivə şəhəri Azərbaycan–Özbəkistan Parlamentlərarası Forumuna ev sahibliyi edəcək

Bakı. TurkicWorld:

Özbəkistanın Xivə şəhərində Azərbaycan və Özbəkistan arasında ilk Parlamentlərarası Forum keçiriləcək. Forum 1–2 iyul tarixlərində baş tutacaq.

TurkicWorld xəbər verir ki, tədbir “Yeni üfüqlərin axtarışında: dialoqdan birgə fəaliyyətə” şüarı altında təşkil olunacaq.

Forumda Azərbaycan Respublikasının Milli Məclisinin və Özbəkistan Respublikasının Ali Məclisinin deputatları, eləcə də hər iki ölkənin Gənclər parlamentlərinin nümayəndələri iştirak edəcəklər.

Tədbirin əsas məqsədi parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, qanunvericilik fəaliyyəti və parlament nəzarəti sahəsində təcrübə mübadiləsinin aparılması, eləcə də iki ölkə liderləri səviyyəsində əldə olunmuş razılaşmaların icrasına dəstək göstərilməsidir.

Forumun sonunda strateji tərəfdaşlığın möhkəmləndirilməsini, prioritet sahələr üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsini və birgə təşəbbüslərin səmərəli həyata keçirilməsi üçün hüquqi bazanın təkmilləşdirilməsini nəzərdə tutan yekun sənədin qəbul ediləcəyi gözlənilir.

Seçilən
98
49
turkic.world

10Mənbələr