Rusiya Federasiyasının Dağıstan Respublikasının dövlət katibi Maqomed-Sultan Maqomedov saxlanılıb.
Far.Az xəbər verir ki, bu barədə TASS regionun təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
"Maqomed-Sultan Maqomedov saxlanılıb", - mənbə bildirib.
Qeyd olunub ki, Maqomedov 2021-ci ildə Dağıstan Respublikasının dövlət katibi təyin edilib. O, həmçinin altıncı çağırış Dövlət Dumasının deputatı, Mahaçqalanın "Anji" futbol klubunun yaradıcısı və keçmiş prezidenti olub.