AZ

Soydaşımız Parisdə beynəlxalq mükafata layiq görülüb

Unikal.az saytına istinadən ain.az xəbər verir.

Fransanın paytaxtı Parisdə keçirilən beynəlxalq onlayn musiqi müsabiqəsində azərbaycanlı fleyta ifaçısı Ağarahim Quliyev yüksək mükafata layiq görülüb. 

"Unikal" xəbər verir ki,  soydaşımız “Gabriel Fauré Dünya Musiqisi Müsabiqəsi”ndə ən ali mükafat – “Star Grand Prize” (Böyük Mükafat Ulduzu) ilə təltif edilib.

Hər il keçirilən bu müsabiqə dünyanın müxtəlif ölkələrindən olan tanınmış, peşəkar və istedadlı musiqiçiləri bir araya gətirərək onların yaradıcılığını yüksək səviyyədə qiymətləndirir. 

Builki müsabiqədə Ağarahim Quliyevin çıxışı münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Onun ifasında həm texniki ustalıq, həm də emosional dərinlik xüsusi vurğulanıb.

Qeyd edək ki, Ağarahim Quliyev 2022-ci ilin avqust ayında Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Diaspor Gənclərinin 3-cü Yay Düşərgəsinin iştirakçısı olub. O həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan Şuşa səfərində də iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
4
unikal.az

5Mənbələr